“Gəncənin Avropa gənclər paytaxtı seçilməsi gənclərimizin uğurudur”
Tarix: 04.05.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Gəncə şəhərində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilir.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb.  Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. 
Müstəqillik illərində Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasətinin reallaşdırıldığını deyən Əli Həsənov bildirib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 
Ə. Həsənov Gəncənin Avropa gənclər paytaxtı seçilməsini Azərbaycan gənclərinin uğuru adlandıraraq son illər beynəlxalq tədbirlərdə gənclərin ölkəni uğurla təmsil etdiyini deyib. O qeyd edib ki, dünyada 14-29 yaşlı gənclərin dünya əhalisinin 28 faizini təşkil etdiyi halda Avropada bu göstərici 21 faiz,  Azərbaycanda 29 faizdir. Müvafiq göstərici Gəncədə 29, 8 faiz təşkil etdiyi üçün Gəncə Avropa gənclər paytaxtı üçün real şəhərdir. 
Tədbirdə həmçinin gənclər və idman naziri Azad Rəhimov və Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı
20.05.2019
Bu yazın ölüm ayı
20.05.2019
Masallı rayonu hesabat verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info