BBC-də ermənilərin mülki əhaliyə qarşı cinayətləri ilə bağlı reportaj
Tarix: 04.05.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


BBC Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayımlayıb. Ermənilərin iriçaplı silahlardan açdıqları atəşlər nəticəsində dağıntılarla yerində tanış olan xarici jurnalistlərin tərkibində Azərbaycanın cəbhə xətti yaxınlığında yerləşən bir neçə kəndində olan BBC-nin müxbiri Tom Burridge hazırladığı reportajda cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verir, yerli sakinlərin müsahibələrini təqdim edir.Reportajda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilir. H.Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdırır. O, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal və tamamilə çıxmasını tələb edən dörd qətnamə qəbul etdiyini vurğulayır.Tom Burridge Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olduğunu diqqətə çatdırır. O, Dağlıq Qarabağ regionu ətrafındakı digər rayonların da Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayır.Reportajda yaxınlarını itirmiş insanların şəkillərini əllərində tutan yerli sakinlərin erməni vəhşilikləri barədə müsahibələri təqdim edilir. Onlardan biri də Qənbər Mustafayevdir. Qardaşının Vətən uğrunda şəhid olduğunu deyən Qənbər özünün də bu yolda canından keçməyə hazır olduğunu bildirir.
Müəllif reportajda Bərdədəki tibbi mərkəzdə müalicə olunan yaralıların fikirlərinə də yer verir. Ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış evlər, məktəb binası ilə bağlı kadrlar tamaşaçıların diqqətinə çatdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub
16.06.2019
Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar
16.06.2019
ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir
16.06.2019
Fransada “sarı jiletlilər” nümayişlərinin 31-ci həftəsi
16.06.2019
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info