“Azərbaycan bizim üçün örnək və önəmli ölkədir”
Tarix: 04.05.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


“Yeni İpək Yolu iqtisadi regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərinin potensialından istifadə” layihəsinin dəyəri hazırda 2 milyon avrodur. Lakin bu, başlanğıc məbləğdir. Bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) nümayəndəsi Olqa Memedoviç jurnalistlərə bildirib.“Bu vəsait İpək Yolu boyunca yerləşən ölkələr haqqında məlumat toplamaq və bu ölkələri bir-biri ilə əlaqələndirmək üçün sərf olunacaq. Gələcəkdə başqa ölkələrin də bu layihəyə cəlb edilməsi mümkündür. Bu layihəni hazırda maliyyələşdirən maliyyə təşkilatları var. Ancaq biz gələcəkdə beynəlxalq maliyyə institutlarını bu layihəyə cəlb edərək onu genişləndirəcəyik”, - deyə UNIDO nümayəndəsi diqqətə çatdırıb.“Layihənin ilk iclasının Azərbaycanda keçirilməsi bu ölkənin bizim üçün örnək və önəmli olduğunu göstərir. Artıq Azərbaycan bu layihə çərçivəsində böyük tədbirlər görür, eyni zamanda, özəl sektorla bağlı dövlət siyasəti baxımından da bizim üçün örnək dövlətdir”, - deyə O.Memedoviç bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info