“Vaşinqton Tayms”: “Regionun iki görkəmli lideri -Azərbaycan və Türkiyə prezidentləri Ermənistan AES-i təhlükə hesab edirlər”
Tarix: 04.05.2016 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


“Hazırda Qafqazda başqa bir böyük təhlükə baş qaldırır”. Bu barədə Begin-Sadat Mərkəzinin və Bar Ilan Universitetinin eksperti Aleksandr Marinsonun “Vaşinqton Tayms”da çap olunan məqaləsində deyilir.
 Bildirilir ki, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur: “Bu materialların bəziləri Gürcüstana Rusiya tərəfindən ilhaq edilmiş Cənubi Osetiya vasitəsi gətirilib. Bu, Azərbaycan və Gürcüstanın davamlı şikayətlərə səbəb olur.  Şikayətlərdə bildirilir ki, separatçıların nəzarətində olan Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiya kimi ərazilərdən nüvə materialları, silah və narkotik maddələrin qaçaqmalçılığında istifadəsi olunur”.
 Məqalədə qeyd edilir ki, Ermənistanda təhdidlər siyahısında istismar müddəti bitmiş Çernobıl AES tipli nüvə reaktoru fəaliyyət göstərir: “Bu, nüvə problemi həyəcanını yeni səviyyəyə çıxarır. Ermənistanın köhnə reaktoru ilə bağlı təhlükəsizlik məsələsi Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində ABŞ prezidenti Barak Obama və digər dünya liderlərinin iştirakı ilə müzakirə olunub. Regionun iki görkəmli lideri və ABŞ-la sıx müttəfiqlik edən Azərbaycan və Türkiyə prezidentləri həmin təhlükə barədə danışıblar. Lakin Ermənistan prezidenti bu narahatlıqların üzərindən tez keçib. Ermənistandakı nüvə reaktoru tək təhlükəsizlik üçün təhdid deyil, həm də çirkli bomba üçün potensial radioaktiv material mənbəyidir”. 
 Məqalədə Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan prezidentinin ABŞ vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerri ilə görüş keçirdiyi də qeyd olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info