“Etnik azlıqlar yaşayan regionlarda təxribat törətmək istəyənlər cəzalandırılacaq”
Tarix: 02.03.2013 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir”. “Qruziya onlayn”ın yaydığı məlumata görə, bu fikirləri Azərbaycana səfərini başa vuraraq geri qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamada deyib.
“Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıxov soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Göründüyü kimi, Söyün Sadıqovun Moskvadakı sifarişli fəaliyyəti Tiflisdə də narazılıqla qarşılanıb. Dünən Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili də bu məsələyə münasibət açıqlayıb. O, bildirib ki, Gürcüstanda etnik azlıqlar yaşayan regionlarda heç bir separatizm təhlükəsi yoxdur. O bildirib ki, ölkədə etnik azlıqlar yaşayan regionlarda tam sabitlik hökm sürür: “Kimsə hansısa təxribat törətməyi planlaşdırırsa, ciddi cəzalandırılacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info