BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb
Tarix: 04.05.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Tədbirdə Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler, Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirinin müavini Abdulla Əl Şəmsi, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqlara BANM-in tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib. Görüşdə rektor həmçinin, BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi tədqiqatlara təşviq etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. O, BANM və Abu Dabi Neft İnstitutu arasında qurulan əməkdaşlığın mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və digər məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərməsinə şərait yaradacağını bildirib. O, Abu Dabi Neft İnstitutunun BANM-in tərəfdaşları sırasına daxil olmasından şad olduğunu bildirərək hər iki ali təhsil müəssisəsinin gələcəkdə mühəndis kadrlar hazırlayan dünya universitetləri arasında sözünü demiş ali təhsil ocaqlarına çevriləcəyindən əminliyini ifadə edib.
Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetler Azərbaycanda və mühəndislik sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlayan Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi Neft İnstitutunun mühəndislik və enerji sənayesi sahəsi üzrə mütəxəssislərin hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Abu Dabidə yaranan dünya səviyyəli ali təhsil ocağı və tədqiqat mərkəzi olduğunu bildirib. T.Hoçstetler BANM ilə mühəndis kadrların hazırlanması sahəsində birgə fəaliyyətə maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın qurulmasından şad olduğunu bildirib. O, yaradılan əməkdaşlığın hər iki ali məktəbə böyük töhfələr və mühəndis hazırlığı istiqamətində yeni nailiyyətlər gətirəcəyinə əminlik ifadə edib.
Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri çıxış edərək, BANM və təmsil etdiyi İnstitut arasında bir çox oxşar cəhətlər olduğundan səmərəli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib. O, yaradılan əməkdaşlığın həmçinin mədəniyyətlərarası əlaqələrin genişlənməsinə yardım edəcəyini qeyd edib. İ.Əl Həcri, Abu Dabi Neft İnstitutunun BANM-lə tələbə və xüsusi ilə akademik heyətinin mübadiləsi sahəsində əməkdaşlıq edəcəyindən şad olduğunu bildirərək bununla hər iki ali təhsil müəssisənin tədqiqat sahəsinin daha da inkişaf edəcəyini deyib.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi keçirilib.
Sonda BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
BANM-in rektoru Elmar Qasımov Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetlerə Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.
Qeyd edək ki, memorandumda həmçinin seminar, konfrans və təlimlərin təşkilində qarşılıqlı dəstəyin göstərilməsi, xüsusi inkişaf sahələrində təlim layihələri çərçivəsində əməkdaşlıq və digər sahələr üzrə əməkdaşlıq məsələləri əks olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info