“Ermənistan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür“
Tarix: 04.05.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Regiondakı sovetləşmədən öncə Ermənistanın indiki paytaxtı Yerevanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Zaman-zaman zorla deportasiya siyasəti nəticəsində onlar öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib. O bildirib ki, sovet dövründə terrorçu qrupların fəaliyyəti nəticəsində azərbaycanlı əhali yaşadığı yerləri tərk etmək məcburiyyətində qalıb: “Yüzlərlə insan ölüb. Onların çoxu aclıqdan və susuzluqdan yollarda həlak olub. Ermənistan ərazi iddiaları nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb. Xocalı soyqırımını xatırlatmaq istəyirəm. 1992-ci ildə 24 saat ərzində şəhər yer üzündən silindi. Qocalar, qadınlar, uşaqlar öldürüldü. Sadəcə, ona görə ki, onlar azərbaycanlı idilər. Bunlar Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir. Onlar məktəbdən başlayaraq uşaqlarına azərbaycanlılara qarşı düşmənçilik öyrədirlər”. 
Münaqişədən erməni əhalinin də əziyyət çəkdiyini vurğulayan nazir müavini qeyd edib ki, Ermənistan əhalisinin yarısı artıq ölkəni tərk edib. “Çünki Ermənistan bütün qonşularına - Türkiyəyə, Gürcüstana ərazi iddiaları irəli sürür və Azərbaycan torpaqlarını işğal edib”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22.05.2019
Əli Kərimlinin radikal arzuları ürəyində qalacaq
22.05.2019
Diaspor rəhbəri Misirin dövlət televiziya kanalının qonağı olub - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info