Dünya Bankı: “Qlobal su çatışmazlığı iqtisadiyyatlara ciddi zərbə vuracaq”
Tarix: 04.05.2016 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Yaxın Şərq, Şimali Afrika, Mərkəzi və Cənubi Asiya ölkələrinin iqtisadiyyatlarının iqlim dəyişikliyinə görə baş verən su qıtlığından ciddi zərər görəcəkləri bildirilir

“Qlobal su çatışmazlığı iqtisadiyyatlara ciddi zərbə vuracaq”. Böyük Britaniyanın “The Guardian” media qurumu yazır ki, bu barədə Dünya Bankı xəbərdarlıq edib. Edilən xəbərdarlığa görə, bu əsrin ortalarına qədər bir çox ölkələrin iqtisadiyyatları ikirəqəmli faizlərlə azalacaq: “2050-ci ilə qədər şəhərlərin və kənd təsərrüfatının artan tələbatı su ehtiyatı baxımından etibarlı olmayan dünya bölgələrində su qıtlığını gücləndirəcək.

“Yaxın Şərq ölkələrində ÜDM 14, tropik savannaları əhatə edən Afrika ölkələrində 12, Mərkəzi Asiyada 11, Şərqi Asiyada 7 faizə qədər azalacaq”



Afrika və Asiyaya aid geniş zolaqlar bu areallara aiddir və bu cür su qıtlığının güclənməsi, həmin yerlərdə münaqişə və miqrasiyaların baş verməsini şərtləndirəcək. Nəticədə, Yaxın Şərq ölkələrində ümum daxili məhsul(ÜDM) 14, “Sahildə” – tropik savannaları əhatə edən Afrika ölkələrində isə təxminən 12 faiz azalacaq”. Qeyd edək ki, Mərkəzi Asiyanın təxminən 11, Şərqi Asiyanın isə 7 faizə qədər ÜDM itirəcəyi də bildirilir. Dünyanın bütün bölgələri ilə bağlı su qıtlığına görə ÜDM itkilərini ümumiləşdirəndə isə 6 faiz alınır.
Bankın ətraf mühit üzrə iqtisadçısı, “Yüksək və quru: İqlim dəyişikliyi, su və iqtisadiyyat” əsərinin müəllifi Riçard Damania bildirir ki, bütün qeyd edilənlər qlobal su çatışmazlığının dünya ÜDM-sinə ciddi zərbə vuracağını göstərir.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info