Oğurluğa görə cəzalar bir neçə dəfə ağırlaşdırılır
Tarix: 04.05.2016 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda oğurluğa görə cəzalar bir neçə dəfə ağırlaşdırılır, eyni zamanda mütəşəkkil dəstə oğurluğunun minimum həbs müddəti uzadılır.
Milli Məclisdən verilən məlumata görə, prezidentin təqdimatı ilə Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə əlavə və dəyişikliklər ediləcək. 
Maddənin 1-ci bəndinə təklif olunan dəyişikliyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda isə bu cəza yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddənin 2-ci bəndinə təklif edilən beşinci hissəyə görə, oğurluq “zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya  3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
Maddənin 3-cü bəndinə təklif edilən dəyişikliyə görə, “eyni əməllər: mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Hazırda isə bu cəza 6 ildən 12 ilə qədərdir. 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq. 




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info