“ABŞ prezidentliyi uğrunda əsas mübarizə Trampla Klinton arasında gedəcək”
Tarix: 05.05.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Donald Trampın Respublikaçılar Partiyasının namizədi olaraq Ağ Evdə prezident kreslosuna əyləşməsi üçün çox şansı var. “Çoxlarına qeyri-mümkün görünən bu hal, reallığa çevrilməkdədir.
Demokratlar Partiyasında inanmağa başlayıblar ki, bu siyası kampaniyada qələbə artıq onların cibindədir. Lakin araşdırmalar göstərir ki, vəziyyət dəyişə bilər” - deyə “Die Welt” nəşrinin köşə yazarı Klemens Verqin yazır.
Respublikaçılar Partiyasından namizəd Ted Kruz üçün seçki kampaniyası artıq başa çatıb. Belə ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampın yeganə real rəqibi -Texas ştatından olan senator Ted Kruz prezident seçkilərində öz partiyasını təmsil etmək hüququ uğrunda mübarizəni dayandırdığını elan edib. İndiana ştatında uğursuz praymerizdən sonra öz tərəfdarları qarşısında çıxış edən Ted Kruz deyib ki, o, mübarizəni sona qədər davam etdirməyə hazır idi, lakin, görünür, seçicilər başqa seçim ediblər. İndianada praymerizdə Tramp 52 faizdən çox, Ted Kruz 36,6 faiz, digər namizəd Con Keysik isə cəmi 7,6 faiz səs toplayıb. İndiana ştatında Demokratlar Partiyasının praymerizində ən çox səs toplayan Berni Sanders olub: 52,4 faiz, onun rəqibi Hillari Klinton isə 47,6 faiz nəticə göstərib. Ted Kruz prezident seçkilərində mübarizəni dayandırandan sonra Donald Tramp Respublikaçılar Partiyasından yeganə namizəd kimi qalır. Xatırladaq ki, Respublikaçılar Partiyası öz namizədini iyulun 18-dən 21-dək Klivlenddə keçiriləcək partiya qurultayında seçəcək. “Die Welt”ə görə, bu ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində həlledici döyüş Hillari Klintonla Donald Tramp arasında olacaq. Trampın İndiana ştatında öz partiya yoldaşı üzərində parlaq qələbəsindən sonra, buna artıq heş kimin şübhəsi qalmayıb. Digər namizəd Con Keysikin Tramp qarşısında heç bir şansı yoxdur. Hazırda 1237 nümayəndənin səsini alan milyarderin finiş xəttinə birinci çatmasına mane ola biləcək namizəd yoxdur. “Die Welt” yazır ki, demokratlar Trampın qələbəsindən məmnun deyil. Onlar bəzi ştatlarda xanım Klintonun reytinqinin aşağı olmasından narahatdır: “ABŞ tarixində prezident kreslosu uğrunda ən qızğın seçki kampaniyasında ilkin seçkilər başa çatmaq üzrədir. İndi Amerika Ağ Ev üçün ağlasığmaz final mübarizəsi ərəfəsindədir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info