Milli Kulinariya Mərkəzi 25 yaşını qeyd edir
Tarix: 05.05.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Dolmanın bişirilmə ənənələrinin UNESCO siyahısına daxil edilməsi üçün fayllar hazırlanır”
Dünən Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-in 25 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak ediblər. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan mətbəxinin qədim tarixindən söhbət açıb. Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın AMKM-in 25 illiyi münasibətilə təbrik ünvanını Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanova təqdim edib. Tədbirdə Prezidentin müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına medallar, həmçinin nazirlik tərəfindən bir qrup əməkdaşa fəxri fərmanlar da təqdim edilib. Nazir çıxışında deyib ki, Azərbaycan mədəniyyəti daşıyıcılarının bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil: "Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Keçən il Ermənistan bütün Şərqdə istifadə olunan lavaşı mənimsəmək istəyib. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət ediblər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar təqdim ediblər". Nazir bildirib ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır. Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Milli Kulinariya Mərkəzi yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info