“Çempionlar Liqasının qalibi olmaq istəyirik“
Tarix: 05.05.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“Dünyanın ən yaxşı 3 komandasından 2-ni bu turnirdə mübarizədən kənarlaşdırdıq"
“Dünyanın ən güclü komandasına qalib gəldik. "Bavariya" birinci hissədə möhtəşəm oynadı. Onların oyununu çox bəyəndim. İlk hissədə hesabı bərabərləşdirə bilmədik, amma Yan Oblak penaltini dəf edərək bizi həvəsləndirdi". Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçından sonra deyib. O, ikinci hissədə daha fərqli oyunun olduğunu bildirib: "Karraskonun meydana daxil olması oyunu dəyişdirdi. Daha çox əks-hücumlar etməyə başladıq. Nəticədə finala yüksəldik. Dünyanın ən yaxşı 3 komandasından 2-ni bu turnirdə mübarizədən kənarlaşdırdıq". Argentinalı mütəxəssis 2 il öncə ÇL-də final oynayan "Atletiko" ilə indiki arasında heyətdə çoxlu fərq olduğunu bildirib: "O zaman heyətimizdə David Vilya, Dieqo Kosta, Sosa, Raul Qarsiya kimi futbolçular var idi. Bu gün Koke, Saul, Karrasko, Qrizmann kimi oyunçulara sahibik. Bundan əvvəl Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə səfər oyununa 3:1 hesablı üstünlüklə getmişdik. Bu mövsüm isə daha güclü rəqiblə oyunda az üstünlüklə finala adımızı yazdıq. Ümid edirəm ki, həlledici matçda da şans bizim tərəfimizdə olacaq. Finalda hansı komanda ilə qarşılaşacağımızın fərqi yoxdur. Çempionlar Liqasının kubokunu qazanmaq istəyirik".




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info