“Azərbaycanın haqq səsini hər zaman müdafiə edirik”
Tarix: 05.05.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Rantik Aqarunov: “İsraildə Albert Aqarunovun adına küçə veriləcək”
Dağ yəhudiləri ilə azərbaycanlılar arasında heç də böyük bir sədd yoxdur. Onların Azərbaycanı doğma vətən bilmələri arada olan bütün mənəvi sərhədləri götürür. Dağ yəhudiləri Azərbaycanın ən ağır günlərində canlarını belə, bu torpaq yolunda fəda etməkdən çəkinməyiblər. Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli Albert Aqarunov bu baxımdan bir nümunədir. Azərbaycan dövləti də AlbertAqarunova layiq olduğu adı verib. O, ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Albertin ölüm günü ərəfəsində Bakıya gələn qardaşı Rantik Aqarunov redaksiyamızın qonağı oldu. Qeyd edək ki, R.Aqarunov 1964-cü ildə Bakının Suraxanı rayonunda doğulub. İndiki Albert Aqarunov adına 154 nömrəli orta məktəbdə təhsil alıb. 1995-ci ildən İsrailin Akko şəhərində yaşayır. Ailəlidir, üç övladı var.
- Qardaşınız Alberti necə xatırlayırsız?
-Biz ailədə 8 qardaş, iki bacı olmuşuq. Albert ailənin sonbeşiyi idi. Çox vətənpərvər idi. O, aqressiyanı qəbul etmirdi. Qarabağ hadisələri onu çox hiddətləndirmişdi. Elə buna görə də Albert könüllü olaraq müharibəyə getdi.
-Suraxanıdakı evinizdə hazırda kim yaşayır?
-Suraxanıdakı evimizdə heç kimi qalmır. Qonşularımız baxır. Bu ev bizim üçün çox doğmadır. Albert yaşasaydı, yəqin ki, o evdə qalardı.
-Azərbaycana tez-tezmi gəlirsiz?
- Azərbaycana hər il gəlirəm. Əvvəllər anam sağ idi deyə, ildə iki-üç dəfə gəlirdim. 2003-cü ildə anam dünyasını dəyişdi. Ondan sonra Albertin doğum və vəfat günlərini yad etmək üçün gəlirəm.
-Albertin xatirəsi burada istədiyiniz kimi yad olunurmu?
- Əlbəttə, çox razıyıq. Albert xalqın sevgisini qazanıb. Dövlət tərəfindən də diqqət göstərilir. Albertin xatirəsi unudulmur, hər il yad olunur. Azərbaycan xalqına və dövlətinə “çox sağ ol” deyirəm. Albert adına Bakıda məktəb, Qubada küçə var. Albertlə bağlı o məktəbdə tədbirlər keçirilir. Mən də Bakıda olanda o tədbirlərdə iştirak edirəm.
-Bəs, İsraildə Albertin xatirəsinin əbədiləşdirilməsi istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulub?
-Bu yaxınlarda İsrailin Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evi açılacaq. Şəhərin meri Şimon Lankri söz verib ki, həmin muzeydə Albertlə bağlı da guşə olacaq. Həmçinin İsraildə Albertin adına küçə veriləcək. Onu da deyim ki, Ş.Lankrinin Azərbaycana münasibəti çox gözəldir. Ş.Lankri yanvar ayında “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri AryeQutla Azərbaycana səfər etmişdi. Bir il bundan əvvəl Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evinin yaradılması təşəbbüsünü də Ş.Lankri irəli sürmüşdü.
-İsraildə hansı sahədə çalışırsız?
-Mən İsraildə hərbi zavodda işləyirəm. Həmçinin Azərbaycanla bağlı keçirilən tədbirlərdə aktiv iştirak edirəm. Elə bu yaxınlarda ermənilərin qondarma soyqırımı təbirinə cavab olaraq biz də aksiya keçirdik.
-Azərbaycanla bağlı təəssüratlarınız necədir?
-Mən Azərbaycanda doğulmuşam. Uşaqlığım burada keçib. Bizim birinci vətənimiz Azərbaycandır. Hərdən Azərbaycandan ötrü darıxdığım günlər də olur. İsraildə 12 Azərbaycan televiziya kanalı yayımlanır. Biz Azərbaycanda baş verənləri daim televiziya və saytlardan izləyirik. Azərbaycanı İsraildə bacardığımız qədər tanıdır və təbliğ edirik. Azərbaycanın haqq səsini hər zaman müdafiə edirik. Arzum budur ki, tezliklə Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Əgər müharibə olarsa, İsraildəki Azərbaycandan gedən yəhudilər də gəlib döyüşməyə hazırdırlar. Albertin, ümumiyyətlə, bütün şəhidlərimizin qanını yerdə qoymaq olmaz.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info