Koreya səfiri:”Koreyadakı qədim məzarların üzərində də Naxçıvandakılara bənzər daş qoç heykəlləri var”
Tarix: 05.05.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


“Bunlar bir daha xalqlarımızın ortaq tarixi köklərə malik olduğunu göstərir”
“Naxçıvan Muxtar Respublikası özünün istehsal etdiyi məhsullarla yerli tələbatı tam ödəyir. Naxçıvan əhalisi firavan və xoşbəxt yaşayır. Çünki muxtar respublika çox böyük inkişaf yolu keçib. Tarixi şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri həm də müasir görkəmi ilə diqqətimi cəlb etdi. Naxçıvan əhalisinin öz torpaqlarını düşməndən müdafiə etmək əzmi çox yüksək qiymətə layiqdir”.Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu deyib.Naxçıvan Muxtar Respublikasına səfəri barədə danışan səfir qeyd edib ki, səfərimin məqsədi muxtar respublika ilə tanış olmaq, əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müzakirə etməkdir: “Xüsusilə mədəniyyət sahəsində əlaqələrimizin inkişaf perspektivləri çox yüksəkdir. Qarşılıqlı əməkdaşlıq imkanlarımız çox genişdir”.Çoxsaylı koreyalı tələbələrin muxtar respublikanın ali təhsil müəssisələrində təhsil almasını yüksək qiymətləndirən Kim Çanq-Qyu deyib: “Düşünürəm ki, bundan sonra da əməkdaşlıq əlaqələrimizi daha da genişləndirmək imkanlarımız var və biz bunun üçün daha çox çalışmalıyıq. Mən bundan sonra əməkdaşlığımızın inkişafı üçün səylərimi daha da artıracağam”.Muxtar respublikanın tarixi məkanlarını, tarixi abidələrini ziyarət etdiyini qeyd edən səfir deyib ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olarkən buradakı daş qoçlar onun diqqətini cəlb edib: “Maraqlıdır ki, Koreyadakı qədim məzarların üzərində də buna bənzər daş qoç heykəlləri var. Bunlar bir daha xalqlarımızın ortaq tarixi köklərə malik olduğunu göstərir. Mənim arzum odur ki, Altay dil qrupuna daxil olan, eyni mədəni irsi paylaşan xalqlar olaraq biz birgə inkişaf edək, sülh şəraitində yaşayaq”.Muxtar respublikada vətənpərvərlik hisslərinin çox yüksək olduğunu müşahidə etdiyini bildirən səfir deyib: “Mən burada onun da şahidi oldum ki, Naxçıvan əhalisi öz torpağı ilə, öz Vətəni ilə fəxr edir, xüsusilə də ulu öndər Heydər Əliyevin Naxçıvanda doğulub boya-başa çatdığına görə çox böyük qürur hissləri keçirir. Bu, insanların Vətəninə, torpağına, Ümummilli Liderinə sıx bağlılığını göstərir”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info