Xarici mətbuatda erməni yalanları ifşa edilib
Tarix: 05.05.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Efiopiyadakı erməni icmasının yerli ictimaiyyəti aldatmaq və onlara heç bir tarixi faktlara əsaslanmayan saxta məlumatları təqdim etmək cəhdləri ifşa edilib.Belə ki, Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayevin bu ölkənin aparıcı mətbu orqanlarından biri olan “The Reporter” qəzetində Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı şərhlərinə cavab olaraq erməni icmasının “Modus Vivendi” Tədqiqat Mərkəzinin rəhbəri Ara Papiyan saxta faktları həmin media orqanına təqdim edib. Buna cavab olaraq siyasi şərhçi Vüqar Seyidov “The Reporter” qəzetində tarixi faktlara və beynəlxalq sənədlərə əsaslanan “Münaqişənin həllində hüquqi əsaslar: bir əsrlik ölü sənədlər və saxtakarlıqlar BMT-nin qətnamələrinə qarşı” adlı məqalə ilə çıxış edib.
Məqalədə rusiyalı, həmçinin digər əcnəbi tarixçilərə istinad edən V.Seyidov ermənilərin Cənubi Qafqaza köçürülmələrinin əsas məqsədinin regionda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi olduğunu qeyd edib. Tarix boyu azərbaycanlıların məskunlaşdığı ərazilərdə soydaşlarımıza qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayan V.Seyidov erməni tərəfinin tarixi faktları saxtalaşdırmaq və yerli Efiopiya ictimaiyyətini aldatmaq niyyətini üzə çıxarıb, ermənilərin tarixi faktları bilərəkdən təhrif etdiyini oxucuların diqqətinə çatdırıb.
Məqalənin sonunda siyasi şərhçi keçmiş erməni diplomatına saxta sənədlərə yox, Ermənistanın Azərbaycana qarşı işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad etməsini, işğalçı ölkənin bu qurumun qətnamələrini yerinə yetirməsini, müasir beynəlxalq hüququn mahiyyətini dərk etməyi tövsiyə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info