Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə
Tarix: 05.05.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edib. 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.  
Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə SQ TTM-də keçirilir. 
Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir. Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur. 
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün təqdim olunan sənədlərin siyahısı isə Müdafiə Nazirliyinin saytında (mod.gov.az) tanış olmaq olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info