BƏƏ Azərbaycanla tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir
Tarix: 05.05.2016 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov səfiri Daşqın Şikarov BƏƏ-nin Energetika Naziri Süheyl Məhəmməd Fərəc Əl Məzrui ilə görüş keçirib.Bu barədə səfirlikdən məlumat verilib.Görüşə görə cənab Əl Məzruiyə təşəkkür edən Səfir D.Şikarov Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu və gündən günə inkişaf etdiyini bildirib.Qeyd edib ki, son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun qarşılıqlı səfərləri əlaqələrin daha sürətli inkişafı üçün yeni perspektivlər açıb.Səfir Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, əldə edilmiş nailiyyətlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar, Heydər Əliyev Fondu tərəfindən ölkədə və ondan kənarda həyata keçirilən sosial layihələr barədə məlumat verərək, regionun iqtisadi cəhətdən cazibə mərkəzi olan BƏƏ ilə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin mənfəətinə olacağına inandığını deyib.Bildirib ki, həm Azərbaycan, həm də BƏƏ neft-qaz ölkəsidir və bu sahədə böyük təcrübəyə malikdir. Eyni zamanda hər iki ölkə alternativ və bərpa olunan enerji sahələrinin və qeyri-neft sektorunun inkişafında maraqlıdır. Məhz bu maraqlar iqtisadi cəhətdən səmərəli birgə uğurlu layihələrin həyata keçirilə biləcəyini deməyə əsas verir.
BƏƏ bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində artıq müəyyən uğurlara imza atmış və böyük təcrübə əldə edə bilib.
Bu sahənin inkişafı Azərbaycan rəhbərliyinin də diqqətindədir və bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi təsis edilib. Azərbaycanın böyük günəş və külək enerjisi potensialı var və bu potensialın rellaşdırılmasında BƏƏ-li investorların da iştirakı arzu olunandır.
Daha sonra BƏƏ-li Nazirin diqqətinə çatdırılmışdır ki, cari ilin 1-4 iyun tarixləri arasında Bakıda 23-cü Beynəlxalq Xəzər Neft-Qaz Sərgi və Konfransı keçiriləcək. Sözügedən tədbirdə iştirak etməsi üçün Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev tərəfindən cənab Əl Məzruiyə dəvət məktubu ünvanlanıb.
Səfir BƏƏ-li Nazirə ünvanlanmış dəvət məktubunun surətini təqdim edərək, onu həmin tədbirdə iştirak etməyə bir daha dəvət etmiş və bunun iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələlərinin hərtərəfli müzakirəsi üçün gözəl fürsət yaradacağını ifadə edib.
Nazir Əl Məzrui görüş təşəbbüsünə görə təşəkkür etmiş və bildirib ki, ölkəsi Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin uğurlu siyasəti və rəhbərliyi ilə Azərbaycan əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirdiyi iri miqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı üçün apardığı ardıcıl islahatlar və turizminin inkişafı ilə digər ölkələr üçün modeldir. Bütün bunlarla yanaşı, regionda son dövrlər baş verən təlatümlər fonunda Azərbaycan kimi bir ölkə ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi BƏƏ üçün müstəsna əhəmiyyət kəsb edir.Nazir qeyd etmişdir ki, OPEC ölkələrinin son Doha toplantısında Azərbaycanın da iştirak etməsi olduqca yüksək qiymətləndirilmişdir. Həmin toplantı çərçivəsində Nazir Natiq Əliyev ilə gözəl görüşün baş tutduğunu deyən Əl Məzrui, toplantı nəticə olaraq uğursuz başa çatsa da, bütün bu ölkələrin hamısının bir yerə yığılmasının vacibliyini vurğulamışdır.
Daha sonra Energetika Naziri Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri barədə öz fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, BƏƏ neft-kimya sənayesi üzrə dünyanın 5-ci ən böyük istehsalçısıdır. Dünyanın bu sahə üzrə tanınmıış bir sıra şirkətləri BƏƏ-yə cəlb edilib və onlar ən yeni texnologiyalar tətbiq etməklə istehsal həyata keçirirlər. Məlumdur ki, Azərbaycan da neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu baxımdan, bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin həyata keçirilməsi və investisiya qoyuluşu imkanları nəzərdən keçirilə bilər.Azərbaycanın Gürcüstan və Türkiyə üzərindən öz təbii qazını Avropa bazarlarına çıxarmaqla bağlı gördüyü işləri təqdirlə qarşıladıqlarını deyən Nazir, BƏƏ-nin Avropanın enerji sektorunda fəaliyyət göstərən bir sıra mühüm şirkətlərin səhmdarı olduğunu, "Nord Stream" qaz kəmərinin çəkilişi də daxil olmaqla ölkəsinin Avropada çoxsaylı iqtisadi layihələrdə iştirak etdiyini və bu baxımdan əslində iki ölkənin Avropa bazarında da yaxından əməkdaşlıq etməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırmışdır.Əlavə etmişdir ki, bərpa olunan enerji sahəsində də BƏƏ-də uğurlu layihələrə imza atılmışdır. Bu çərçivədə "Masdar" şirkətini qeyd edən Nazir, Səfiri Masdar şirkətində görüş keçirməyə, oranın imkanları ilə tanış olmağa və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə etməyə dəvət etmişdir. Həmçinin Dubayda bərpa olunan enerji sahəsində görülən işlər haqqında da danışan Əl Məzrui ötən il burada dünyanın ən aşağı günəş enerjisi tarifinin əldə edildiyini (5,8 US cents/kWh), bu il isə bu göstəricinin
3 US cents/kWh-a qədər aşağı salındığını vurğulamışdır. Azərbaycanın bərpa olunan enerji sahəsindəki potensialının diqqətəlayiq olduğunu deyən Nazir, ölkəsinin bu sahədə dünyanın bir çox nöqtəsində layihələr həyata keçirən "EDP Group" şirkətində müəyyən səhmə malik olduğunu və bu məsələni şirkətin gündəminə gətirəcəklərini demişdir.Nazir həmçinin Azərbaycan tərəfini cari ilin noyabr ayında BƏƏ-də keçiriləcək ADIPEC (Əbu Dabi Beynəlxalq Neft Sərgi və Konfransı) və yanvar ayında təşkil edilən ənənəvi Əbu Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən tədbirlərdə yaxından iştirak etməyə dəvət etmişdir.
Verilmiş məlumata və əməkdaşlıq təkliflərinə görə öz təşəkkürünü bildirən Səfir D.Şikarov, Azərbaycanın BƏƏ-də həyata keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, AR Energetika Naziri cənab N.Əliyevin 2012, 2013, 2014-cü illərdə BƏƏ-yə səfərlər etdiyini xatırlatmış və BƏƏ Energetika Nazirini bir daha ölkəmizə səfərə dəvət edərək, belə səfərlər zamanı iki ölkənin ekspertləri arasında hərtərəfli müzakirələrin aparılmasının məqsədəuyğunluğunu qeyd etmişdir.Sonda Səfir BƏƏ-li Nazirin diqqətini Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat vermiş, BƏƏ-nin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verən ədalətli mövqeyinin təqdirlə qarşılandığını bildirmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info