Ermənistan Azərbaycanın uğurlarından narahatdır
Tarix: 02.03.2013 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Erməni parlamenti, erməni mətbuatı, bir sözlə erməni ictimaiyyəti Azərbaycanın istər siyasət, istər iqtisadiyyat, istərsə də lobbiçilik sahəsindəki uğurlarını qəbul edə bilmir. Belə ki, “Novosti Armenii”nin məlumatına görə, Ermənistan Milli Məclisinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, “Respublika” Partiyasından Artak Zakaryan deyib ki, Azərbaycan öz lobbi gücləri sayəsində dünyanın müxtəlif ölkələrinin parlamentlərində Dağlıq Qarabağ münaqişəsinin fəal müzakirələrinə çalışır.
Deputat etiraf edib ki, Ermənistanın diplomatik gücləri hər vasitə ilə bu müzakirələrə mane olmağa çalışacaq.
A.Zakaryan müxtəlif ölkələrin parlamentlərində Azərbaycan həqiqətlərinin dinləniləcəyini bildirərək, Çexiya parlamentinin Xocalı faciəsi ilə bağlı sənəd qəbul etməsindən narahatlığını ifadə edib: “Bu, bizim üçün çox pis presedentdir. Çünki nəticədə bu məsələ müxtəlif dövlətlərin parlamentlərində müzakirə mövzusuna çevriləcək”.
Deputat bu müzakirələrin Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı yumşaltmaq cəhdlərinə mənfi təsir edəcəyini deyib. Əlavə edib ki, guya onlar Azərbaycan tərəfinin təqdim etdiyi məsələlərin həmin ölkələrin parlamentlərinə çıxarılması və müzakirəsi nəticəsində bu ölkələrin parlamentlərinin “diplomatik müharibələr üçün səhnə olmasını” istəmirlər.
Hətta Artak Zakaryan çex həmkarlarına bu müzakirələrə etiraz olaraq məktub yolladığını da deyib.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info