“Su, qaz və işıq xidmətləri ”ASAN Kommunal” mərkəzlərində göstəriləcək”
Tarix: 05.05.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Vətəndaşlara “Azərişıq”, “Azərsu” və “Azəriqaz”a aid bütün xidmətlər “ASAN Kommunal” mərkəzlərində göstəriləcək”.
Bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.  O bildirib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb: “ASAN Kommunal” mərkəzlərində xidmət “Azərişıq”, “Azərsu” və “Azəriqaz”la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində “ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar “ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Bildiyiniz kimi hazırda “ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir. Lakin “ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. “ASAN Kommunal” mərkəzlərinin ayrı, “ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”. 
Dövlət Agentliyinin sədri qeyd edib ki, “ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək: “Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək”. 
İ. Kərimov onu da qeyd edib ki, “ASAN Kommunal” mərkəzlərində adıçəkilən üç qurumun göstərdiyi xidmətlərdən savayı digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır: “ASAN Kommunal” mərkəzlərində xidmət “ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. “ASAN Kommunal” mərkəzlərində vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq”. 
Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzlərinin yaratmağı və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info