Nazir: “Müəllimlər peşəkarlıq səviyyələrinə uyğun əməkhaqqı alacaq”
Tarix: 05.05.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“Müəllimlərin diaqnostik qiymətləndirilməsi ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq əməkhaqqı islahatının ikinci mərhələsinə - diferensial, yəni peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əməkhaqqı sisteminə keçməyi planlaşdırırıq”. 
Bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. O bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub. Nazir qeyd edib ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb: “Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin ortaq aylıq əməkhaqqı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb”.  
M. Cabbarov əlavə edib ki, ölkədə müəllim-şagird nisbətində əsaslı irəliləyişlərə nail olunub. Onun sözlərinə görə, bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan, 1:12 nisbətinə yüksəlib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info