“Qarabağda aprel eskalasiyası danışıqların uzun illər yerində saymasının nəticəsi olub”
Tarix: 05.05.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Tanınmış siyasi şərhçi və jurnalist, Brüsseldə yerləşən Avropanın nüfuzlu “beyin mərkəz”lərindən olan Avropa Siyasət Mərkəzinin layihə rəhbəri Amanda Pol “EurActiv”in müxbiri ilə söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət haqqında fikirlərini bölüşüb. O, hərbi əməliyyatların eskalasiyasının səbəbini danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşməsində gördüyünü bildirib. Bundan əlavə, politoloq qarşıdurmanın hərbi fazasının yenidən başlanması ilə Ermənistanın siyasi rəhbərliyinin yeni strategiyası – möhkəmlənməkdə olan Azərbaycana “qabaqlayıcı zərbələr” endirmək yolu ilə “strateji çəkindirmə” kursu arasında inandırıcı paralellər aparıb. Ekspert bu dörd günü son illər Azərbaycan ordusunun balansında olan yeni silah növlərinin sınaqdan keçirilməsi üçün yaxşı imkan adlandırıb.Amanda Pol deyib: “Bakı münaqişənin müzakirəsini beynəlxalq birliyin gündəliyinə gətirmək istəyir”.Bu münaqişədə dinin heç vaxt rol oynamadığını vurğulayan politoloq müxbirin bu barədə səhvinə üsulluca düzəliş edib.O, həmçinin xatırladıb ki, Almaniya ATƏT-in sədri kimi danışıqlar prosesinə yeni təkan verilməsində fəal rol oynamağa çalışır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info