BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Azərbaycana təşəkkür etdi
Tarix: 05.05.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Cenevrədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Zeid Ra’ad Əl Hüseyn arasında görüş keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMTİHAK) arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyinə inam ifadə olunub. Görüş zamanı X. Xələfov BMTİHAK-ın bütün dünyada insan hüquqlarının təşviqi və qorunması sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib və ölkəmizin BMT-nin insan hüquqları sisteminin bütün mexanizmləri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini ifadə edib.
 Nazir müavini həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqinin ölkə başçısının birbaşa qayğısı və nəzarəti altında həyata keçirildiyini nəzərə çatdırıb. Ölkədə insan hüquqlarının bütünlüklə təmin olunmasında Ermənistan-Azərbaycan münaqişəsinin əngəl təşkil etdiyi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdıran X. Xələfov azərbaycanlı qaçqın və məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtma hüququnun təmin olunması istiqamətində beynəlxalq səylərin artırılmasının zəruriliyini vurğulayıb. 
2016-cı ilin aprel ayının əvvəlindən başlayaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutduğu, xeyli sayda azərbaycanlı mülki əhalinin öldürüldüyü və yaralandığı, çoxsaylı bina, məktəb və digər sosial obyektlərin dağıdıldığı və əldə olunmuş atəşkəs razılaşmasının davamlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu təəssüflə qeyd edilib. 
Z. Əl Hüseyn isə Azərbaycanın ümumilikdə BMT-nin insan hüquqları sistemi, o cümlədən BMTİHAK-la mövcud əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycan tərəfinə təşəkkür edib. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti və ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı verilmiş ətraflı məlumata görə minnətdarlığını bildirib, habelə 2-5 aprel 2016-cı il tarixində qoşunların təmas xətti boyunca baş vermiş hadisələrə görə narahatlığını ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info