“İlin adamı” nominasiyasının builki qalibi “Azərbaycan Əsgəri “ seçilib
Tarix: 05.05.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Bu gün Qafqaz Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” keçirilib.
Ulu öndərin başlıca tövsiyyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında hümanist dünyagörüşün formalaşması, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Artıq 8 ildir ki, böyük təntənə ilə qeyd edilən bu festival Qafqaz Universitetinin çöxmillətli tələbə heyətinin sülh və dostluq bayramına çevrilib.
Festivalın ənənəvi olaraq seçdiyi ilin adamı nominasiyasının bu ilki qalibi simvolik olaraq “Azərbaycan Əsgəri “ seçilib. Bu nominasiyada mükafat aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik Vüqar Yusifovun övladı Aytən Yusifovaya təqdim edilib.
Pakistan İslam Respublikası, Tacikistan Respublikası, İran İslam Respublikası, Koreya Respublikası, Rusiya Federasiyası, Özbəkistan Respublikası, Türkmənistan Respublikası, Amerika Birləşmiş Ştatları, Polşa Respublikası, Meksika Birləşimş Ştatları, Kolumbiya Respublikası, Argentina Respublikası, Hindistan, Banqladeş Xalq Respublikası, Malayziya Səfirliklərinin səfir və nümayəndələri, eləcə də bir çox dövlət və elm xadimlərinin də iştirak etdiyi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” Dövlət himninin səsləndirilməsi ilə başladı.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, universitetin tələbə dərnəkləri tərəfindən hazırlanmış “Gənclik və multikulturalizm festivalı” ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr edilmişdir. Ulu öndərin “Gənclik bir millətin gələcəyidir” sözlərini sitat gətirən Əhməd Saniç qeyd etdi ki, millətin ən önəmli sərvəti onun vətənini sevən, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişən gəncləridir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət də xalqımızın rifahının yüksəldilməsinə xidmət edir. Əhməd Saniç şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlığının hər bir gəncə örnək olduğunu bildirib.
Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov  bildirib ki, Azərbaycada multikultural ənənələr dərin köklərə malik olsa bu ənənələr yalnız ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin bir hissəsinə çevrilmiş və bu gün ölkə başçısı İlham Əliyev rəhbərliyi altında inkişaf etdirilir. Ölkəmizdə multikulturalizmlə bağlı keçirilən bütün tədbirlərin başlıca məqsədi müxtəlif mədəniyyətlərin inkişafı və sülhün təmin edilməsinə xidmət edir. Bu baxımdan, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfi deyildir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli Qafqaz Universiteti tərəfindən ulu öndərin xatirəsinə həsr edilmiş bu festivalın hər il böyük ehtiramla qeyd edilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, multukulturalizm dövlət siyasətinin vacib elementi kimi ölkəmizdə nəinki təbliğ olunur, həm də tədris olunur.
ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen tədbirin əhəmiyyətini qeyd edərək Azərbaycanın da ABŞ kimi multikultural ölkə olduğunu bildirib. Qafqaz Universitetinin fəaliyyətinin yüksək qiymətləndirən xanım Emi bu günkü tədbirin xatirəsində xoş təəsuratla qalacağını qeyd edib.
Festivalda universitetin özfəaliyyət dərnəkləri bir-birindən maraqlı çıxışlar nümayiş etdiriblər. Azərbaycanda təhsil alan xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdiriblər.


Qorqud
 





 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info