“Ruslar hər zaman azərbaycanlı qardaşlarının yanında olublar”
Tarix: 05.05.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


“APA-nın erməni dilində xəbər xidmətinə başlaması çox yaxşı təşəbbüsdür və bu, digərlərinə də nümunə olmalıdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Rus İcması sədrinin birinci müavini Yuri Zenin deyib.
O, aprel ayının əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirərək, icmanın Dağlıq Qarabağla bağlı fikrinin birmənalı olduğunu vurğulayıb: “Biz prinsipial mövqeyimizi bildirmişik. Hər zaman Azərbaycanın yanındayıq. Ölkə vətəndaşlarının bir hissəsini də biz təşkil edirik. Ruslar hər zaman azərbaycanlı qardaşlarının yanında olublar. Ötən əsrin 90-cı illərində Azərbaycan naminə öz canlarını qurban verən ruslar olub, bəziləri medalla təltif edilib. Biz, yəni, həm gənclər, həm də orta yaş insanlar torpaqlarımızı qaytarmaq üçün yenidən döyüşə hazırıq”.
O, APA İnformasiya Agentliyinin erməni dilində xəbər xidmətinə başlamasının təqdirəlayiq hal olduğunu qeyd edib: “Çünki Azərbaycanın mövqeyi, başqa millətlərin burada necə mehriban yaşamasını düşmənlərimizin dilində təqdim etmək çox vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info