Oğuz Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub
Tarix: 05.05.2016 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illdönümü ərəfəsində Oğuz Rayon Statistika İdarəsi üçün inşa edilmiş müasir inzibati bina istifadəyə verilib. İnzibati bina Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” çərçivəsində tikilib. Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, son illərdə ölkədə rəsmi statistikanın inkişafına dair uğurla icra olunan Dövlət Proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 26 rayon və şəhər statistika idarəsi üçün yeni inzibati binalar tikilib. Bütün bu görülən işlər Prezident İlham Əliyevin statistika sisteminin inkişafına olan diqqət və qayğısının əyani nümunəsidir.
Tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar. Sahəsi 394 kv.metr olan iki mərtəbəli inzibati bina müasir tələblərə cavab verir, kompyuter texnikası, mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.

Dövlət Statistika Komitəsinin Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info