BMAM sədri: “Ermənistan status-kvonu saxlaya bilməyəcək“
Tarix: 06.05.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirərkən qeyd edib. "Ermənistan hökumətinin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın müstəqilliyini tanıması rəsmi İrəvanın danışıqlar prosesindən imtinası kimi başa düşülməlidir. Bu, sülh danışıqlarına çox ciddi zərbə olacaq. Hesab edirəm ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini dərk edərək avantürüst addım atmaqdan çəkinəcək". Bunu Teleqraf.com-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirərkən qeyd edib. Rufiz Qonaqov hesab edir ki, Ermənistan prezidentinin mətbuat katibinin açıqlaması bu ölkənin beynəlxalq hüquq sisteminə münasibətinin bariz nümunəsidir: "Bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Hətta Ermənistanın arxalandığı güclər də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda Ermənistanın təxribata əl atması onun özünə böyük zərbə olacaq. Onsuz da zəif olan imicini tamamilə ləkələyəcək. Qondarma rejimin tanınmasına dair qanun layihəsinin müzakirəsi əslində Ermənistanın "demokratik proses" adı altında tamaşa qurmasından başqa bir şey deyil və düşünürəm ki, layihə müzakirəyə çıxarılmadan mövcudluğunu itirəcək". R.Qonaqov bildirib ki, Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət kəsb etmir: "Ermənistan aprel ayının əvvəlində cəbhə xəttində təxribata əl atdılar və sərt şəkildə Azərbaycanın cavabını aldılar. Onlar bir neçə yüksəkliyi itirməli oldular. Onlar məğlubiyyətlərini ört-basdır, erməni ictimaiyyətinin qəzəbini hədəfdən yayındırmaq üçün qondarma rejimin tanınması məsələsini gündəmə gətiriblər. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun üzvləri Ermənistanın bu cür destruktiv hərəkətini qınamalı və onları təxribatdan çəkindirməlidirlər. Ermənistan təxribat xarakterli addımları ilə danışıqlar prosesini uzatmaq, status-kvonu saxlamaq istəyir. Bu da öz növbəsində Azərbaycana seçim imkanı qoymur. Görünür, ermənilər daha ağır zərbələr almaq, daha ciddi itkilər vermək istəyirlər".
BMAM Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info