Qazın Avropaya əsas ixrac marşrutu ilin ortalarında seçiləcək
Tarix: 02.03.2013 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Azərbaycan qazını Avropaya çatdıracaq əsas qaz kəmərinin seçimi bu ilin ortalarına planlaşdırılır. «Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən verilən məlumata görə, «Şahdəniz Mərhələ 2» və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir.
Bu layihə yeni “Cənub qaz” dəhlizini açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. «Hesablamalara görə, 25 mlrd. ABŞ dolları dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir» - deyə məlumatda bildirilir. Məlumatda bildirilir ki, «Mərhələ 2» qazı Qərbi Türkiyə sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına çatdıracaq «Cənub qaz» dəhlizinin son hissəsi kimi «Şahdəniz» konsorsiumu tərəfindən iki variant qiymətləndirilir. Bunlar - Trans Adriatik Boru kəməri (TAP) və «Nabucco West» layihələridir. Konsorsium həm TAP, həm də «Nabucco West»in sahibkarları ilə işləməkdə davam edir ki, bunlardan hansının son seçim variantı olacağı qərarını verə bilsin. «Şahdəniz» tərəfdaşlarından BP də daxil olmaqla bəziləri Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir hissəsində iştirak etməyi planlaşdırırlar. İndi diqqət Avropa marşrutunun yekun seçim prosesinə yönəlib. Bu prosesə TAP və «Nabucco West» layihələrinin növbəti bir neçə ay ərzində tam qiymətləndirilməsi daxildir. Konsorsium builki layihə arasında yekun seçim qərarının verilməsini 2013-cü ilin ortalarına planlaşdırır. Bundan sonra isə bu il ərzində «Şahdəniz 2»nin yekun investisiya qərarının verilməsi gözlənilir.
CAVIDAN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info