“Ermənistan iqtisadiyyatı sabun köpüyünü xatırladır”
Tarix: 06.05.2016 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Ermənistanın iqtisadiyyat naziri Arsvik Minasyanın yaxın zamanlarda ölkədə qaz və elektrik enerjisinin qiymətlərinin aşağı düşəcəyi ilə bağlı aşıqlaması işğalçı ölkədə istehza ilə qarşılanıb.
“Birinci informasiya” saytının yazdığına görə, əslində nazirin açıqlaması illüziyadır. Sayt yazır ki, Ermənistan dövlətinin qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salmaq üçün imkanları yoxdur. Amma bunu edə bilsələr belə, bunun ölkə iqtisadiyyatına heç bir faydası olmayacaq. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatının imkanları çox məhdud olmaqla yanaşı, inhisarçılıq və korrupsiyanın da səviyyəsi çox yüksəkdir. Sayt yazır: Ölkədə inhisarçılıq və korrupsiyanın səviyyəsi hər il artır. Bunun nəticəsidir ki, Ermənistan iqtisadiyyatı gündən-günə ölməkdədir və bu vəziyyət bu gün də davam edir. Görünən budur ki, Ermənistan iqtisadiyyatı sabun köpüyünü xatırladır. Ölkə üçün böyük faciədir ki, bu sabun köpüyü günü günü-gündən şişməkdədir”. Yoxsulluq içində olan ermənilər hökumətin yalanlarına inanmayaraq İrəvanda- hökumət binasının qarşısında aksiya keçiriblər. Evlərindən köçürülən sakinlər kompensasiya və baş nazirlə görüş tələb ediblər. Onu da qeyd edək ki, bir müddət əvvəl qapadılan "Nairit" zavodunun əməkdaşları da zavodun açılması tələbi ilə mitinq keçiribər. Zavodun qapanması nəticəsində 460 nəfəri işsiz qalıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info