İran ilə Avstriya neft müqaviləsi imzalayıblar
Tarix: 06.05.2016 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Avstriyanın enerji şirkəti “OMV” İranın Milli Neft Şirkəti (NIOC) ilə İrandakı fəaliyyətinin yenidən bərpasını nəzərdə tutan müqavilə
imzalayıb.

“OMV”dən edilən şərhə görə, şirkətin və NIOC -un nümayəndələri İranın paytaxtı Tehranda bir araya gəlib və iki şirkət arasında sənəd imzalanıb. İranın qərbindəki Zaqros bölgəsindəki müxtəlif sahələrin qiymətləndirilməsini nəzərdə tutan sənədin texnoloji araşdırma, xam neft və neft məhsulları birgə dəyişdirilməsini əhatə etdiyi qeyd olunub. Şərhdə “OMV” ilə NIOC arasında Fars bölgəsində potensial karbohidrogen axtarışlarının qiymətləndirilməsi üçün birgə işi nəzərdə tutan 2 illik sənədin də imzalandığı bildirilib. Qeyd edək ki, “OMV” İranın qərbindəki “Mehr” kəşfiyyat hövzəsinin operatoru kimi 2001-ci ildə fəaliyyətlərə başlayıb və 2005-ci ildə həmin ərazidə ehtiyatlar kəşf etmışdı. Lakin şirkət sonradan İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalarla əlaqədar bu ölkədəki fəaliyyətini azaltmışdı.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info