Daha bir Elçibəy tərəfdarı Əli Kərimlinin qəzəbinə düçar oldu
Tarix: 06.05.2016 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Elşən Həsənov: “Bundan sonra da “milli şura”da bu cür qalmaqallı halların şahidi olacağıq”

Yarandığı gündən xaricdəki bəzi qüvvələr tərəfindən maliyyələşən və idarə olunan bir təşkilat kimi tanınan “milli şura” adlı radikal müxalifətin birliyi yenə mənfi olaylarla gündəmə gəlib. Bu dəfə qurum özünün qalmaqallı qərarı ilə yadda qalıb. Belə ki, “milli şura” özünün ən aktiv üzvlərindən olmuş Mehriban Vəziri təşkilatdan kənarlaşdırıb.
“Milli şura”nın yaydığı məlumata görə, o, qurumun əsasnaməsinə zidd fəaliyyət göstərdiyi üçün belə bir qərar verilib. Mehriban Vəzirin “milli şura”dan çıxması barədə qərar qurumun koordinasiya mərkəzinin dünən keçirilmiş iclasında qəbul olunub.
Mehriban Vəzir də bu qərardan sonra “milli şura”dan çıxarılmasının səbəblərini açıqlayıb.
O, açıqlamasında bildirib ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası aprelin 30-da Koalisiyalar Şurasına seçki keçirib: “Şura üzvü 11 nəfərdən ibarətdir və namizədlər 30 nəfəri keçmişdi. Həmin namizədlərin içərisində mən də vardım. Seçkilər çox demokratik keçirildi və heç bir qanun pozuntusuna yol verilmədi. Biz seçkinin nəticələrini tanıdıq. Lakin, bununla belə, seçkinin nəticələri çox əcaib görünürdü. Nəticələri analiz edəndə məlum oldu ki, respublikada və dünyada öz sahəsi üzrə tanınan ekspertlər bu seçkidə 20 səs, lakin Koalisiyanın iclasında ilk dəfə iştirak edənlər daha çox səs toplayıb. Ertəsi gün elektron poçtumda bir məktub gördüm. Həmin məktubda Oqtay Gülalıyev “milli şura”ya hesabat verirdi. Bu hesabat yalan və böhtanla dolu idi. İddia edirdi ki, guya hakimiyyətin iki planını darmadağın ediblər, nəhəng koalisiyanın QHT-yə çevrilməsinə imkan verməyiblər, hakimiyyət guya bu işə 400 min manat ayırıbmış, bunlar ona imkan verməyiblər və s. Sonunda da o onların qrupu seçildiyi üçün “milli şura”nın rəhbərliyinə təşəkkür edib. Mən bunları oxuyandan sonra narahat oldum və məktubu koalisiyanın şəbəkəsinə göndərdim. Keçmiş kordinator Əliməmməd bəydən aydınlaşma istədim ki, bu nə 400 min məsələsidir? “Milli şura” da atmış olduğum bu addımı səbəb gətirir ki, nizamnaməyə zidd hərəkət etmişəm və daxili şəbəkədə olan bu məktubu yayımlamışam. Lakin “milli şura” məndən heç bir izahat istəmədi. Bu, “milli şura”ya, Oqtay bəyin özəl həyatına aid deyil, sırf koalisiyaya və eyni zamanda mənə toxunan məsələdir. Bizi hansısa korrupsiya əməlində ittiham edirdilər. Ona görə mən bu məsələyə aydınlıq gətirmək istəyirdim. “Milli şura” da aydınlıq istəmək əvəzinə məni şuradan çıxartdı. Bu qədər”.
Göründüyü kimi, heç bir izahat tələb etmədən aktiv üzvlərdən birinin qovulmasının arxasında, əslində, başqa məqamlar da dayanır. Sirr deyil ki, bu qurumda daha çox liderliyi Əli Kərimli üzərinə götürüb və onun seçdiyi radikal xətdən kənar addım atanlar cəzalanırlar. Bundan başqa, o Elçibəy tərəfdarlarını, ona böyük rəğbəti olan insanları da sevmir. Ümumiyyətlə isə bu adamın özünü Əbülfəz Elçibəyin də sevmədiyi məlumdu. Bununla bağlı Əbülfəz Elçibəy də zamanında bəzi açıqlamalar vermişdi. İndiki halda AXCP adıyla siyasi partiyaya rəhbərlik edən Əli Kərimlinin guya Elçibəy davamçısı olması görüntüsü yaratması isə gülüş doğurur. Onun daim Elçibəyə yaxın adamları sıradan çıxarması heç kimə sirr deyil. Artıq sosial şəbəkələrdə də bəzi aktiv müxalifətçilər “milli şura”nın bu qərarının arxasında Əli Kərimlinin dayanmasından yazırlar. Onlar bu səhv siyasi qərarın həm də Mehriban Vəzirə olan antipatiya ilə də əlaqələndirirlər. Bəzi siyasətçilər həqiqi Elçibəy tərəfdarları ilə AXCP rəhbərliyi arasında əslində dərin uçurum olduğunu deyirlər. Onların fikrincə nəinki “milli şura”da, ondan kənarda da Əli Kərimli daim Elçibəy amilini qabardan, önə çəkən siyasət adamları ilə yola getməyib.
Məsələyə münasibət bildirən Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov da, əslində, “milli şura”da uçurumun yaranan vaxtlardan olduğunu deyir. O, Mehriban Vəzirin qurumdan kənarlaşdırılmasını təsadüfi addım saymır və bunu hansısa daxildəki ciddi proseslərlə əlaqələndirir: “Düzünə qalsa, “milli şura” deyilən quruma münasibətim, onun təşkilat olaraq yaradıldığı gündən etibarən mənfi olub. Yəqin ki, təşkilatın yarandığı ilk zamanlar, onun ətrafında baş verənlər, Rüstəm İbrahimbəyov və digərləri ilə bağlı olan qalmaqallar sizin də yadınızdadır. Bu təşkilat haqqında bundan əvvəl də verdiyim müsahibələrdə dəfələrlə qeyd etmişəm ki, qurumun formatı düzgün deyildir. Sonrakı hadisələr də bir daha sübut etdi ki, fikirlərimdə yanılmamışam - təşkilata üzv olan nə qədər ictimai-siyasi xadim onun sıralarını tərk etdi. Mehriban Vəzirinin bu təşkilatdan xaric edilməsi təşkilatdaxili mübarizənin təzahürüdür. Yəqin ki, bundan sonra da bu cür qalmaqallı halların şahidi olacağıq. Binanın yıxılmaması üçün, onun özülü möhkəm olmalıdır. Mən bunu “milli şura”da görmürəm”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info