UNEC-də yeni layihə: “Oxu saatı”
Tarix: 06.05.2016 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Oxu saatı” keçirilib.
Maliyyə və mühasibat fakültəsinin professor-müəllim heyəti ilə tələbələrin iştirak etdiyi “Oxu saatı”nın məqsədi tələbələr arasında mütaliəyə diqqətin artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil etməkdir. Növbəti görüşlərdə “Oxu saatı”nda kitabların müzakirəsi də təşkil ediləcək. Müzakirələrdə ayın ən çox oxunan, maraqlı və müzakirə edilən kitabı müəyyən ediləcək və sonda seçilən kitablar növbəti ayın mütaliəsi üçün tövsiyə olunacaq. Bundan başqa, tədbirdə tələbələr sevdikləri kitablar haqda təqdimatla da çıxış edəcəklər. Tələbələr UNEC-dən məzun olduqdan sonra da “Oxu saatı”na qatıla biləcək. Bu da fakültənin öz məzunları ilə daima sıx əlaqədə olmasına və UNEC tələbələri ilə məzunlarının özlərini daima eyni komandanın üzvü hiss etməsinə bir vasitə olacaq. “Oxu saatı” ayda bir dəfə keçiriləcək və iştirak könüllüdür. Kitaba marağı nəzərə alaraq, gələcəkdə görüşlərin həftəlik də keçirilməsi nəzərdə tutulub. “Oxu saatı” haqqında bütün məlumat və şəkillər sosial şəbəkələrdə #oxusaati #kitaboxu #UNEC #readinghour #readanybook vahid haştəqi ilə paylaşılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info