“Azərbaycanda internet azaddır, hər hansı senzura tətbiq edilmir”
Tarix: 02.03.2013 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


“Ölkə əhalisinin təxminən 70 faizi internet istifadəçiləridir”

Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir. "Hazırda ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Azərbaycan Prezidenti İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd edib. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2013-cü il "İnformasiya Kommunikasiya Texnologiyaları ili" elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı internet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə "Evlərə optika" layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib",-deyə Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır.
"İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir. Bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur"-deyə nazir açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda internet azaddır, hər hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın.
"Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir. Bu gün ölkədə istər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə “Facebook”da 1 milyondan çox azərbaycanlı istifadəçi var. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilib. Ayrı-ayrı şəxslərin hər hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir"-deyə nazir bildirib.
Abbasov bildirib ki, Azərbaycan internetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir. "Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olub. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzularından olan internet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olub.
Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri var və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir"-deyə nazir vurğulayıb.
NİGAR




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info