“AtaHolding”ə AHİK tərəfindən diplom təqdim edildi
Tarix: 06.05.2016 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“AtaHolding” ASC-nin kollektivinə Sağlam və Təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi devizi ilə 2015-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə diplom təqdim edilib. Diplom “AtaHolding” ASC Həmkarkar komitəsinin sədri Gülnar Əliyevaya təqdim edilib.
Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib. AHİK sədri öz çıxışında bildirib ki, Azərbaycanda ölkə başçısı tərəfindən aparılan quruculuq işləri, iqtisadi islahatlar, struktur dəyişiklikləri və sosial proqramların icrası, nəzərdə tutulmuş bütün investisiya layihələrinin vaxtında həyata keçirilməsi prosesi bütövlükdə müasir texnologiyanı özündə əks etdirən, beynəlxalq standartlara cavab verən iş yerlərinin açılmasına imkan verib.
«Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə əlaqədar respublika müsabiqəsinin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.
Tədbirdə “AtaHolding” ASC, “AtaSığorta” ASC və “Excelsior Hotel Baku” otelinin əməkdaşları iştirak ediblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info