Məktəblilər GMO məhsulların yaratdığı təhlükələr barədə məlumatlandırılıblar
Tarix: 06.05.2016 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qida təhlükəsizliyi: Genetik modifikasiya olunmuş məhsullar insan sağlamlığı üçün təhlükə mənbəyi kimi” layihəsinin icrasına başlayıb. Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində mayın 5-də Yevlax rayon Yevlax şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə barədə məlumat verib. R. Cürənov bildirib ki, layihənin məqsədi Yevlax rayonunda orta məktəb şagirdlərini arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə məlumatlandırmaqdır. GMO məhsulların insan sağlamlığı üçün törətdiyi təhlükələr barədə söz açan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri deyib ki, Azərbaycanda bu məhsulların istehsalı və idxalının qadağan edilib. Lakin bu məhsulların Azərbaycan bazarlarına yol tapmasının istisna edilmədiyini söyləyən R. Cürənov şagirdlərin GMO məhsullar barədə məlumatlı olmasını zəruri sayıb. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb. R. Cürənov şagirdləri “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin layihə çərçivəsində təşkil ediləcək GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə inşa müsabiqəsində fəal iştirak etməyə dəvət edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info