Muxtar respublikada “Yaradıcı əllər” festivalı açılıb
Tarix: 06.05.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Yaradıcı əllər” festivalının açılışı olub.AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivala muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllimləri, ümumtəhsil məktəblərinin şagirdləri, sahibkarlar, müxtəlif idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri böyük maraq göstəriblər.Festivalda istedadlı şəxslər, sənətkarlar, muxtar respublikada fəaliyyət göstərən iaşə obyektləri tərəfindən hazırlanıb nümayiş etdirilən əl işlərinin – dekorativ-tətbiqi sənət, tikmə, toxuma nümunələrinin, rəsm əsərlərinin, xalçaların, milli yeməklərin, şirniyyatların, şərbətlərin sərgi-satışı təşkil edilib. Rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin folklor kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və muğam studiyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblı və “Gənclik” Xalq Teatrının çıxışları böyük maraqla qarşılanıb.Qeyd edək ki, festival çərçivəsində milli yeməklər, şirniyyatlar və əl işləri (o cümlədən toxuma, tikmə, dekorativ iş, rəsm əsərləri) nominasiyası üzrə müsabiqə keçiriləcək. Müsabiqə qaliblərinə (8 nəfər I yer, 8 nəfər II yer, 8 nəfər III yer) təşkilatçılar tərəfindən diplom və hədiyyələr veriləcək.İki gün davam edən festivalın keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etmək, istedadlı insanları üzə çıxarmaqdır.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info