“Bütün dünya ictimaiyyəti kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımırıq”
Tarix: 06.05.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner mayın 5-də keçirilən brifinqdə ABŞ Administrasiyasının Ermənistan parlamentinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanınması haqqında qanun layihəsinə münasibət bildirib.Mark Toner deyib ki, Amerika Birləşmiş Ştatları bütün dünya ictimaiyyəti kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır. O, qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu yalnız münaqişənin hərtərəfli nizamlanması kontekstində həll olunmalıdır və ABŞ bu məqsədlərə nail olmaq üçün tərəfləri danışıqlar masasına çağırır.Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info