“ASAN xidmət” mərkəzində görüş
Tarix: 02.03.2013 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni fəaliyyətə başlayan 1 nömrəli “ASAN xidmət” mərkəzində olub.
Xanlar Hacıyev mərkəzin fəaliyyəti ilə tanış olduğunu, xidmətin fəaliyyətə başlamasını müsbət dəyərləndirdiyini bildirib: “Strasburqda olanda oxumuşdum ki, belə bir mərkəz fəaliyyətə başlayıb. Düşünürdüm ki, Bakıya gedəndə xidmətin fəaliyyəti ilə tanış olacağam. Bu çox vacib bir addımdır. “ASAN xidmət” mərkəzi qarşısına vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətləri daha keyfiyyətli, yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərmək məqsədi qoyub. Bu, proseslərə insanların müdaxiləsini azaldır, aradan qaldırır. Ən əsası isə bu, korrupsiya əleyhinə olan proqramın vacib hissəsidir. X. Hacıyev qeyd edib ki, operativlik, etik davranış, rahatlıq və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərən xidmət uğur qazanacaq: “Mənə bildirdilər ki, “ASAN Xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət göstərilir. Bundan başqa, Bakının bir sıra rayonunda və regionlarda analoji mərkəzlərin açılması gözlənilir. “ASAN xidmət” mərkəzinin tabe olduğu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərini də tanıyıram. İnam Kərimov Fransada təhsil alıb, çox yaxşı kadrdır. İnanıram ki, onun rəhbərliyi altında görülən işlər səmərəli olacaq. Təbii ki, bütün problemlərin birdən-birə, yaxın zamanlarda həll olunması mümkün deyil. Dəyişikliyə nail olmaq üçün hər kəs özündən başlamalıdır. İnsanların hər gün rastlaşdıqları problemlərin həlli həm də cəmiyyətin inkişafından, onun mədəni səviyyəsindən asılıdır. Bütün problemlərin həlli üçün çox iş görmək lazımdır. “ASAN” kimi xidmətlər problemsiz, gözəl gələcəyi yaxınlaşdıracaq bir addımdır”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info