Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Şərqi Avropa və MDB-də birincilərdəndir
Tarix: 06.05.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) ilk iclasının iştirakçıları Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının iş prosesi ilə tanış olublar.
Qonaqlara zavodların fəaliyyəti və onların ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu barədə məlumat verilib. Bildirilib ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilib. İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisələrdən olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ən sərt beynəlxalq ekoloji sstandartlara cavab verir.
Müasir avadanlıq əsasında qurulan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunun illik istehsal gücü isə 200 min tondur. Bu müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan yaradır. Müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılır, tullantıların ümumi həcmi azaldılır, bu da ucuz xammal bazarının formalaşmasına, təkrar emal sahəsinin genişlənməsinə xidmət edir.
“Təmiz Şəhər” ASC-nin mütəxəssisləri qonaqlara Bakı şəhərində bərk məişət tullantılarının emalı və zərərsizləşdirilməsi, “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə qurulan Balaxanı Sənaye Parkında sahibkarlar üçün yaradılmış şərait və imkanlar haqqında məlumat veriblər.
Qonaqlar Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində  əldə olunan nailiyyətlərdən məmnunluq ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info