Naftalanda daha bir turizm obyekti istifadəyə verildi
Tarix: 06.05.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda turizm sahəsinin daha da inkişafı üçün kompleks tədbirlər görülür.
O cümlədən nadir müalicəvi xassəli naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilir. Ölkə başçısının tapşırığına uyğun Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar, bu şəhərin nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırmışdır. Beynəlxalq səviyyəli istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilmiş və burada qonaqlara yüksək səviyyəli xidmətlər göstərilir.
Naftalanda yenicə istifadəyə verilən “Kəpəz” sanatoriyası da bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə kurort şəhəri Naftalanda istifadəyə verilən müasir istirahət və sağlamlıq mərkəzləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin sayının çoxalması Naftalanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına zəmin yaradır. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir.
Orijinal memarlıq üslubunda yaradılan bu gözəl istirahət məkanında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Yaşıllıqlarla əhatə olunmuş 100 yerlik sanatoriya bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Sanatoriyanın müalicə korpusunda funksional diaqnostika kabinetləri, biokimyəvi labaratoriyalar xidmət göstərir. Digər mühüm cəhət burada onlarla sakinin işlə təmin olunmasıdır.
Məlumat üçün bildiririk ki, Naftalanda artıq 9 turizm obyekti fəaliyyət göstərir ki, burada gün ərzində 2100 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info