Çindəki rəssamımız həmkarlarını beynəlxalq sərgidə iştiraka səsləyib
Tarix: 06.05.2016 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Çinin Tsinghua Universitetinin magistrı Leyla Rəsulzadə 2017-ci ildə keçiriləcək VII Pekin Beynəlxalq İncəsənət Biennalesinin Azərbaycan üzrə əlaqələndiricisi seçilib. Xatırladaq ki, L.Rəsulzadə 2015-ci ildə keçirilən Pekin Beynəlxalq İncəsənət Biennalesində iştirak edən ilk və yeganə azərbaycanlı rəssam olub. Onu da deyək ki, həmin sərgidə ermənilər Azərbaycana qarşı təxribat törədiblər. Lakin Çindəki Azərbaycan səfirliyi tərəfindən bu təxribatın qarşısı alınıb.
Hazırda Çində çalışan gənc rəssam L.Rəsulzadə azərbaycanlı həmkarlarına bu sərgidə iştirak etmək üçün səsləyib: “Azərbaycanda, ümumiyyətlə, dünyada talantlı, bilikli və bacarıqlı rəssamlarımız var. İstərdim ki, azərbaycanlı rəssamlar da VII Pekin Bennialesində fəal şəkildə iştirak etsinlər. Bu, yeganə biennaledir ki, bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır. Bütün nə məlumat lazımdırsa, rəssamlarımız mənim mütləq kömək etməyə hazır olduğumu bilsinlər. Sizləri, əziz gənc rəssamlar, daha çox biliklərə yiyələnməyə səsləyirəm. Mənim e-mailim (leyla_j89@hotmail.com ) bütün Biennal sərgisi üzrə məlumat istəyən Azərbaycan rəssamları üçün açıqdır”.
Qeyd edək ki, Pekin Bennialesi 2003-cü ildə start götürüb və Dövlət Şurası tərəfindən maliyyələşir. Pekin Binnealesi Çin Ədəbi Federasiyası və İncəsənət dairəsi, Pekin Dövlət Bələdiyyəsi və Çin Rəssamlar İttifaqının birgə təşkili və dəstəyi ilə keçirilir və bu, Beynəlxalq Unikal Akademik müsabiqə Mərkəzi Hökuməti tərəfindən təsdiqlənib. Ötən 10 il ərzində iştirak edən ölkələrin sayı 45-dən 96-ya, iştirak edən rəssamların sayı 3600 və ziyarətçilərin sayı 1 milyona çatıb. Beynəlxalq Mədəni mübadilə platforması kimi Pekin Biennalesi özündə Çin və Beynəlxalq Kuratorlar Komitələrinin birgə əməkdaşlığını əks etdirir. Pekin Biennalesi ən böyük biennale kimi qiymətləndirilib. İştirakçıların böyük əksəriyyəti rəssamlar və heykəltəraşlardan ibarətdir. Pekin Biennalesinin konsepsiyasının əsasını müasir incəsənətin qlobal harmoniyasını əks etdirən müsabiqə və Şərq-Qərb mədəniyyəti arasındakı əlaqəni təşkil edir. Pekin Biennalesi getdikcə daha çox üstünlük qazanmaqla daha çox incəsənət adamlarının marağına səbəb olmaqdadır.
2017-ci il Pekin Biennalesinin mövzusu “İpək yolu və Dünya Sivilizasiyası” adlanır.
Pekin Biennalesinə rəssam və əsərlərin bütün dünyadan toplanması gözlənilir. Əsərlər rəssamlıq nümunələri və heykəltəraşlıq nümunələri olmalıdır. Lakin müəyyən miqdarda video və installasiya nümunələrinin də qəbul olunması nəzərdə tutulur. Bir qayda olaraq müsabiqəyə təqdim olunan əsərlər son 5 il ərzində tamamlanmalı, yüksək estetik və professional səviyyədə olmalıdır. Əgər iştirak edən rəssamların əsərləri kolleksiylardadırsa, rəssam özü həmin kolleksioner və ya agentliklə əlaqə yaratmalıdır. Əsər kolleksiya və ya agentlikdən verilməzsə, rəssamın Pekin Biennalesində iştirak hüququ ləğv olunacaq. Rəssam əsərə icazə olmadan dəyişiklik edə bilməz, əks halda iştirak hüququ Komitə tərəfindən ləğv olunacaq.
Əsərin minimum ölçüsü 1.2x1.2 –dən kiçik (çərçivə daxil olmaqla) olmamalıdır; 3.0x3.0-dan böyük (çərçivə daxil olmaqla) olmamalıdır. Heykəlin minimum ölçüsü 0.5m3 (ümumi uzunluğu, eni və hündürlüyü 1.5 m-dən kiçik olmamaqla) və maksimum ölçüsü 2m3 (ümumi uzunluğu, eni və hündürlüyü 6 m-dən böyük olmamaqla); əsərin ağırlığı 150 kq-dan çox olmamalıdır.
Bütün iştirakçı rəssamlar əsərin 3 ədəd fotosunu və İştirakçı Rəssam Formasını və VII Pekin Biennalesini başlıqda qeyd etməklə Təşkilat Komitəsinə göndərməlidirlər. İştirakçı Rəssam Formasını (cf.XII. Contact İnformation) vebsaytından və ya Pekin Biennale ofisəndən pulsuz əldə etmək olar. İştirakçının imzasından başqa, formadakı bütün xanalar kompüter vasitəsi ilə doldurulmalı və çap olunmalıdır. İştirakçılar 2 ədəd rəngli 2 düym ölçüdə şəxsi fotolarını formaya əlavə etməlidirlər. Həmçinin həmin foto elektron şəkildə ölçüsü 1mb olmaqla təqdim etməlidirlər. Son sənəd qəbulu 2016-cı il dekabr tarixindədir. Tələb olunan sənədlər: əsərin rəngli fotosunu 12 düym, əllə imzalanmış iştirakçı forması; heykəlin 3 rakursdan 3 fotosu.
Fotonun arxasında rəssamın adı, əsərin adı, ölçüsü və materialı qeyd olunmalıdır. Qeydiyyat və iştirak pulsuzdur. Əsərlərin fotosuna əsasən 2017-ci il mart ayının sonunda qalib əsərlər seçiləcək. Nəticələr Pekin Biennalenin rəsmi saytında açıqlanacaq. Təşkilat Komitəsi qalib rəssama hər iki tərəfin səlahiyyətlərini, hüquqlarını əks etdirən rəsmi məktub göndərəcək.
Açılış mərasimindən sonra bir günlük sinxron şərhləndirilmiş (ingilis dilində) Simpozium keçiriləcək. Təşkilatçılar, sponsorlar, kritiklər, iştirakçılar və kuratorlar dəvət olunacaqlar.
Ünvan: Çin Rəssamlar İttifaqının Pekin Biennale Ofisi. Otaq B1701, Bina32,1 Beishatan, Chaoyang küçəsi, Pekin, Çin. Poçt kodu:100083, Tel:86-10-59759382 ;59759381; 59759383, Fax:86-10-59759381, e-mail: bjbiennale@163.com.
VII Pekin Biennalesinin qeydiyyat qaydaları və əlavə məlumatları bu linkdən öyrənmək olar: http://www.bjbiennale.com.cn/en/program.aspx

Fuad Hüseynzadə
 





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info