AQUPDK Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqəyə yekun vurdu
Tarix: 06.05.2016 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsinə yekun vurulub.
Bununla əlaqədar mayın 6-da dövlət və hökumət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
AQUPDK-da davam edən tədbirdə müsabiqənin nəticələri barədə məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqə ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq məqsədilə keçirilib. Hicran Hüseynova, həmçinin qeyd edib ki, həyatımızın hər anını əhatə edən informasiya məkanında gender, qadın və uşaq hüquqları, məişət zorakılığı kimi spesifik yanaşma və məsuliyyət tələb edən mövzularda bəzən jurnalistlər məlumatları tam araşdırmadan, subyektiv formada çatdırırlar. Bu da insanlara səhv informasiyaların çatdırılmasına və bir sıra xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Ona görə belə maarifləndirici müsabiqələrin keçirilməsinə ehtiyac var.
Bildirilib ki, ölkəmizdə aparılan ardıcıl və uğurlu siyasət qadınların vəziyyətinə və cəmiyyətdəki mövqeyinə də öz müsbət təsirini göstərir. Son zamanlar yerli özünüidarəetmə orqanlarında qadınların sayının artması, bütün şəhər və rayonlarda icra hakimiyyəti strukturlarında qadın müavinlərin təyin olunması buna əyani sübutdur. Digər vacib məsələlərdən biri də qadınların ictimai fəallığının artmasıdır. Əgər 1990-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, hazırda onların sayı 200-dən çoxdur.
Ulu öndərin Azərbaycanda qadın hərəkatının inkişafına, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə hər zaman xüsusi önəm verdiyi diqqətə çatdırılıb, həmçinin qadınların ictimai-siyasi fəallığının artırılmasında qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolunun artırılması, onların ictimai-siyasi proseslərdə daha yaxından iştirakının, gender bərabərliyinin təmin olunması, dövlət idarəçiliyində və seçkili orqanlarda təmsilçiliyinin artması ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətinin bariz nümunəsidir.
Tədbirdə ulu öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi dövlət siyasətindən, bu sahədə qazanılan uğurlardan bəhs olunub. Çıxış edənlər dövlətin gender siyasətini, bu sahədə qazanılan uğurları, problemləri işıqlandıran gənc jurnalistlərə yaradıcılıq uğurları arzulayıblar.
Sonda qaliblər mükafatlandırılıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info