AVCİYA Obama administrasiyasına ünvanlanan petisiya layihəsinə 327 min səs topladı  
Tarix: 06.05.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Ağ ev administrasiyasına ünvanlanan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsinin yekunlaşması ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə layihə ilə bağlı bir ay ərzində görülən işlərə həsr olunmuş video-çarx nümayiş etdirilib.
AVCİYA prezidenti, layihənin rəhbəri Elxan Süleymanov indiyədək petisiyaya 327 min səs toplandığını deyib. O qeyd edib ki, bu gündən petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır, lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır.
AVCİYA rəhbəri bildirib ki, iyulun 6-na kimi Obama administrasiyası müraciətə cavab verməlidir: "26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qənamənin qəbulu ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistanı işğalçı dövlət kimi tanımırdılar. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid edirik ki, Obama administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə öz münasibətini bildirəcək və bunu dəstəkləyəcək. İnanırıq ki, Obama bu müraciətə standart cavab verməyəcək".
O qeyd edib ki, səsvermədə nəinki Azərbaycan vətəndaşları, o cümlədən Türkiyənin tanınmış insanları, siyasətçiləri də iştirak ediblər.
Təbdirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov isə bildirdi ki, layihə çərçivəsində 16 ali təhsil müəssisəsində və 2 orta məktəbdə professor-müəllim heyəti, 10 mindən artıq tələbələrlə görüşlər keçirilib. Layıhəyə Azərbaycan ictimaiyyəti yüksək dəstək verib ki, nəticədə 100 min səsə qarşı 327 min səs toplanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info