“Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu”
Tarix: 06.05.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obamaadministrasiyasına ünvanladığı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə layihə ilə bağlı bir ay ərzində görülən işlərə həsr olunmuş video-çarx nümayiş etdirilib. AVCİYA prezidenti, layihənin rəhbəri Elxan Süleymanov bildirib ki, indiyədək petisiyaya 327 min səs toplanıb. Onun sözlərinə görə, bu gündən petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır, Lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır: "İyulun 6-dək Obama Administrasiyası müraciətə cavab verməlidir. 26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qətnamənin qəbulu ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistanı işğalçı dövlət kimi tanınmırdı. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid bəsləyirik ki, Obama Administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə münasibət bildirəcək və bunu dəstəkləyəcək".
O qeyd edib ki, səsvermədə nəinki Azərbaycan vətəndaşları, o cümlədən Türkiyənin tanınmış insanları, siyasətçiləri də iştirak ediblər. 
Tədbirdə bildirilib ki, layihə çərçivəsində 16 ali təhsil müəssisəsində və 2 orta məktəbdə professor-müəllim heyəti, tələbələrlə görüşlər keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info