“Azərbaycanlılar Rusiyada təhsil almağa meyil edirlər”
Tarix: 06.05.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Əcnəbi Tələbər Assosiasiyasının dəvəti ilə burada təhsil alan xarici tələbələrin VI Ümumrusiya Qurultayında iştirak edib.Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.Rusiya Federasiyasının Təhsil və Elm, Xarici İşlər nazirliklərinin, MDB işləri, xaricdə yaşayan həmvətənlilər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (FA) dəstəyi ilə keçirilən tədbirdə səfir Polad Bülbüloğlu nitq söyləyib.P.Bülbüloğlu Rusiyanın dünya elm və mədəniyyətinin liderlərindən biri olduğunu bildirdi və bu ölkənin ali təhsil ocaqlarının məzunlarının böyük hissəsinin bu gün həyatımızın müxtəlif sahələrində, o cümlədən məsuliyyətli dövlət vəzifələrində müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini söyləyib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ali təhsil ocağının məzunu olduğunu vurğulayaraq, ölkə başçısını Qurultay iştirakçılarına nümunə göstərib.O, belə bir tədbirin keçirilməsinin Rusiya tərəfindən əcnəbi tələbələr ilə əlaqələrin möhkəmlənməsinə verilən önəmin bariz nümunəsi olduğunu qeyd edib. Diplomat müasir şəraitdə tələbələrin mənəvi, mədəni və ictimai dəyərləri başa düşmələri üçün tərbiyələndirilməsi istiqmətində addımların atılmasının önəmi haqqında danışıb. P.Bülbüloğlu bildirib ki, təhsil insanlar arasında birliyin möhkəmlənməsində əhəmiyyətli yer tutan ümumbəşəri dəyərlərin yayılmasına xidmət etməlidir.
Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, buradakı dözümlülük mühiti haqqında məlumat verən səfir tolerantlığın xalqımızın, hər bir azərbaycanlının həyat tərzi olduğunu vurğulayıb.Azərbaycan və Rusiya dövlətlərarası münasibətlərinin möhkəm tarixi, coğrafi və humanitar əsasa malik olduğunu deyən ölkəmizin Rusiyadakı səfiri məhz bu səbəbdən çox sayda azərbaycanlı tələbələrin Rusiyada təhsil almağa meyl etdiklərini qeyd edib. Burada səfir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə zamanında, Azərbaycanda da yüksək səviyyəli təhsil ocaqlarının olmasına baxmayaraq, bir çox azərbaycanlı gənclərin Rusiyada təhsil almaq üçün bu ölkənin müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarına göndərildiklərini söyləyib. Bu zaman RXDU rektoru Vladimir Filippov söz alaraq vurğulayıb ki, Anqolanın Prezidenti Joze Eduarduş duş Santuşun Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olması ölkəmizin təhsil ocaqlarının yüksək səviyyəsindən xəbər verir.Çıxışı zamanı Polad Bülbüloğlu Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın rəhbərlik etdiyi azərbaycanlı tələbə və gəncləri özündə birləşdirən Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) haqqında söz açdı. Səfir Rusiyanın ən böyük gənclər təşkilatlarından biri olan RAGB-ın Azərbaycan və Rusiya arasında humanitar körpü rolunu oynadığını bildirib. Birliyin yarandığı gündən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını təqib etdiyini deyən Polad Bülbüloğlu, təşkilatın buradakı azərbaycanlı gənclərin öz milli kimliyini unutmamaq şərti ilə Rusiya cəmiyyətinə inteqrasiya etmələrində yaxından yardım etdiyini vurğulayıb.
Nitqinin sonunda Səfir Polad Bülbüloğlu Qurultayın keçirilməsinin əhəmiyyətini qeyd edərək, onun əcnəbi gənclər arasındakı mühitdə hazırkı vəziyyət, problemlərin üzə çıxarılması, tələbələrin təhsilinin daha da yaxşılaşdırılması baxımından mühüm olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı və onlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.Assosiasiyanın yaradılmasının 20-ci yubiley ildönümünə təsadüf edən Qurultayda ƏTA-nın Qəyyumlar şurasının sədri, Rusiyanın Xalqlar Dostluğu Universitetinin (RXDU) rektoru Vladimir Filippov, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçyov, ƏTA prezidenti Adu Yao Nikeza, Benin Respublikasının Rusiyadakı Səfiri, ƏTA-nın Qəyyumlar şurasının sədr müavini Aniseta Qabriel Koçofa, Yaxın Şərq, Afrika, Latın Amerikası, Asiya ölkələri səfirlərinin duayenləri, o cümlədən Çin Səfiri Li Huey, Moskva şəhər meriyasının, Rusiyanın Təhsil və Elm, Xarici İşlər nazirliklərinin, FA-nın, Federal miqrasiya xidmətinin təmsilçiləri, RXDU prorektoru Aleksandr Qladuş çıxış ediblər.Tədbirdə iştirakı çərçivəsində Polad Bülbüloğlu ƏTA-nın qəyyumlar şurasının üzvləri və RXDU-nun azərbaycanlı tələbələri ilə görüşərək onların təhsili və məişəti ilə maraqlanıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
“Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info