İordaniyada keçirilən forumda Ermənistanın təcavüzkar siyasətindən danışılıb
Tarix: 06.05.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


İordaniyada keçirilən qadın parlament üzvlərinin Qlobal Forumunda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva dünyanın 60 ölkəsindən gəlmiş yüksək səviyyəli şəxslərə müraciət edərək Ermənistanın Azərbaycana qarşı cinayətlərinə biganə qalmamağa çağırıb.BMT, NATO, Avropa Parlamentinin yüksək səviyyəli təmsilçilərinin qatıldıqları Qlobal Forumdakı çıxışında deputat Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək torpaqlarımızın 20 faizini işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.Qənirə Paşayeva Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də məlumat verib və dünyanın 60 ölkəsindən gəlmiş prezident, baş nazir, spiker, senator qadınları Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb. O deyib ki, dünyanın hər yerində insanları qaçqın, köçkün salan səbəblərlə fəal mübarizə aparılmasa, köçkünlərin sayı və problemlər daha da artacaq. Ona görə də işğallara, insanların evlərinə dönə bilmələrinə mane olan səbəblərə qarşı mübarizə kəskin və sərt olmalıdır. Belə ölkələrə qarşı ciddi təzyiqlər göstərmək lazımdır. Evinə qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün məhz bunu gözləyir.Milli Məclisin deputatı Qlobal Forumun iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” kataloqunu hədiyyə edib.Forumun açılışında Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov da iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur
25.05.2019
Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi
25.05.2019
Meksikada “Mi-17“ helikopteri qəzaya uğrayıb
25.05.2019
Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info