Şəhid hərbçinin medalı ailəsinə təqdim edilib
Tarix: 06.05.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Azərbaycan silahlı qüvvələrinin kiçik çavuşu Zeynalov Elmir Sərxan oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal bu gün ailəsinə təqdim edilib. 
Təqdimat mərasimi şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kənd orta məktəbində keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və şəhid Elmir Zeynalovun hərbçi dostları iştirak edib. 
MN-in rəsmisi çıxış edərək şəhid Elmir Zeynalovun döyüş yolundan danışıb. Polkovnik həmçinin ötən ay Azərbaycan ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqların azad ediləcəyini bildirib. 
Digər çıxış edənlər də Elmir Zeynalovun igidliyindən söz açaraq onun xatirəsinin daima əziz tutulacağını deyiblər. Bildirilib ki, Elmir 90-cı illərin əvvəllərində şəhid olan əmisinin qisasını almaq üçün hərb sənətini seçib və xidmət etdiyi dövrdə düşmənin onlarca canlı qüvvəsini və texnikasını məhv edib. 
Vətənpərvərlik mövzusunda səslənən musiqilərlə davam edən tədbir şəhidin məzarının ziyarəti ilə sona çatıb. 
Qeyd edək ki, ailənin tək ovlan övladı olan 22 yaşlı Elmir Zeynalov bu ilin fevral ayında Goranboy rayonu ərazisində düşmənin təxribat diversiya cəhdinin qarşısını alan zaman şəhid olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info