Diplomatlar Tərtərin Qapanlı kəndində olublar -YENİLƏNİB
Tarix: 06.05.2016 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşi nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətində səfəri başlayıb. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşır. Diplomatlar əvvəlcə Tərtərin Qapanlı kəndinə gəliblər. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. M.Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Bildirilib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.Sonra ermənilərin atdığı mərmilər nəticəsində kənd sakinləri İlqar Əsgərovun, Elnur Məmmədovun, Əli İsmayılovun, Abbas Abbasovun dağılan evlərinə baxış keçirilib.Diplomatlara erməni əsirliyində olan Şahbaz Quliyevin anasının evi də göstərilib. Bildirilib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülüblər. Onlar hələ də düşmən əsirliyindədirlər.
Sakinlər görüşdə xarici diplomatlara kəndin ətrafına çəkilən istinad divarı barədə də məlumat verilib. Bildirilib ki, əhali kənddə öz evlərində yaşasa da, ermənilər onları atəşə tuturlar. Buna görə də mülki əhalini qorumaq üçün kənddə 4 metr hündürlükdə istinad divarları çəkilib. Buna baxmayaraq, düşmən artilleriyadan atəş açaraq yerli əhalini hədəfə alır.Kənd sakini Lətif Həmidov deyib: “Biz öz doğma torpağımızda güllə-boran altında yaşayırıq. Buna baxmayaraq, heç birimiz torpağımızı tərk etməmişik. Erməni hərbi birləşmələri artıq ağır artilleriyadan atəş açaraq daha böyük fəsadlar törədir. Əhali arasında həlak olan və yaralananlar var. Düşmən bizi öz torpağımızda güllə-borana tutur. Lakin heç bir beynəlxalq təşkilat buna münasibət bildirmir. Nə vaxtadək belə davam edəcək? Artıq bizim də səbrimiz tükənir. İşğalçıya öz yerini göstərməyin vaxtı çatıb”.Xarici diplomatların səfəri davam edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində bildirib ki, diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdikləri ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir. Qoy, dünya erməni vəhşiliyinin iç üzünü görsün. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info