FAO rəhbəri: “Əməkdaşlığımızın genişləndirilməsində Mehriban Əliyevanın xüsusi dəstəyi var”
Tarix: 06.05.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin başçılıq etdiyi nümayəndə heyəti mayın 4-dən 6-dək Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak edib.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə ali rəhbər orqanı olan, iki ildən bir keçirilən Regional Konfrans üzv ölkələrin kənd təsərrüfatı nazirləri və digər rəsmilərin iştirakı ilə ərzaq və kənd təsərrüfatı sahəsində problemlər və məsələlər üzrə debatların aparıldığı və regional inkişafın dəstəkləndiyi rəsmi forumdur.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Regional Konfransda FAO-nun Avropa və Mərkəzi Asiya regionu üçün növbəti iki ildə əsas fəaliyyət istiqamətləri, prioritetlər və 2016-2017-ci illər üzrə İş Proqramı və Büdcə layihəsi müzakirə olunub, həmçinin təşkilatın region üzrə desentralizasiya siyasəti (ölkə ofisləri) ilə bağlı müzakirələr aparılıb.
Konfransda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev FAO-nun Avropa üzrə 30-cu Regional Konfransının sədr müavini seçilib.
Konfrans çərçivəsində mayın 4-də nazirlərin “Davamlı İnkişaf Məqsədləri və onların Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına təsiri” və “2016-cı il Paxlalı Bitkilərin Beynəlxalq İli zəminində Avropa və Mərkəzi Asiyada balanslaşdırılmış qidalanma və sağlam ərzaq sistemlərinin yaxşılaşdırılmasında paxlalı bitkilərin rolu” mövzularında “dəyirmi masa”sı keçirilib. İ.Quliyev görüşdə mövzu ilə əlaqədar çıxış edib.
Mayın 5-də isə Azərbaycan nümayəndə heyətinin FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşü olub.
Görüşdə baş direktor Azərbaycan Hökuməti ilə FAO arasında əməkdaşlığın daha da genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulayıb. O, FAO-nun qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi diqqət verdiyini və bu baxımdan Azərbaycanda Heydər Əliyev Fondu və İDEA kimi yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa başlanıldığını qeyd edib. Baş direktor Fondun vitse-prezidenti və FAO-nun xoşməramlı səfiri Leyla xanım Əliyevanın FAO məqsədlərinin və missiyasının qlobal, regional və milli səviyyələrdə həyata keçirilməsində, o cümlədən ölkədə yeni yaradılmış FAO ofisinin səmərəli fəaliyyətində oynadığı rolu və verdiyi töhfəni xüsusi vurğulayıb.
Joze Qratsiano da Silva FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılmasını və Tərəfdaşlıq Proqramının yaradılmasını əməkdaşlığın yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirib və bu işdə Azərbaycan Hökumətinin, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini yüksək dəyərləndirib.
Nazir müavini İlham Quliyev ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların müsbət nəticələrindən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb.
Baş direktor FAO ilə Azərbaycan arasında Cənub-Cənub Əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyini qeyd edib.
Azərbaycan nümayəndə heyəti Regional Konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra tədbirlərə də qatılıb.
Qeyd edək ki, tədbirlərdə FAO-nun Avropa və Mərkəzi Asiya regionuna daxil olan 54 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları konfransın işinə müşahidəçi qismində qoşulublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info