“Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”
Tarix: 07.05.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Ölkəmizin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”. Bu sözləri APA-ya açıqlamasında Ədalət və İnkişaf Partiyasının Van millət vəkili Burhan Kayatürk deyib.
B. Kayatürk baş nazir Əhməd Davudoğlunun mayın 22-də fövqəladə qurultaya getmək barədə qərarının çox önəmli olduğunu söyləyib: “Mətbuat konfransında baş nazirimizin çox gözəl çıxışı oldu. Məclisdəki AK Parti qrupu bundan sonra həmişə hörmətli Davudoğlunun haqq və hüquqlarını müdafiə edəcək, onun mübarizəsinə lazımi dəstəyi verəcək. Hal-hazırda Türkiyədə prezident üsul-idarəsinə ehtiyac ortaya çıxıb. AK Partinin qurucusu və hərəkatın lideri Rəcəb Tayyib Ərdoğan bu ehtiyacı gördüyü üçün ölkənin prezident üsul-idarəsinə keçməsini istəyir. AK Partinin millət vəkili qrupu və bütün təşkilatları hörmətli prezidentimizin ölkəni prezident üsul-idarəsinə keçirmə düşüncəsinə qeyd-şərtsiz dəstək verəcək, buna heç kimin şübhəsi olmamalıdır. Bu proseslərdə ölkəmizdə heç bir böhran və xaos yaşanmayacaq, hər şey qanun-qaydalar çərçivəsində həyata keçiriləcək, baş nazirimiz də bunu vurğuladı. AK Parti qədim ənənələrimizdən vüsət almış bir hərəkat olduğuna görə, xalq bizdən dəstəyini heç vaxt əsirgəmir, bundan sonra da əsirgəməyəcəyinə inanıram. Prezidentimiz də bu inamı daşımaqdadır. Biz həm Türkiyənin, həm də dünyada əzilən müsəlmanların ümidi olan siyasi hərəkatıq. Bundan sonrakı mərhələdə Türkiyənin prezident üsul-idarəsinə keçməsi üçün lazım olan təməlin hazırlanmasıyla məşğul olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir
16.03.2019
Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info