“15-35 yaşlı Avstraliya aborigenləri arasında intihar əsas ölüm səbəbi sayılır”
Tarix: 07.05.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Australian Associated Press”: “Qitənin yerli xalqı sosial-siyasi, iqtisadi və coğrafi baxımdan təcrid olunub”

“Australian Associated Press” yazır ki, cümə axşamı və cümə günləri Avstraliyada hökumətin maliyyələşdirdiyi “Aboriginal and Torres Strait Islander” intiharların qarşısının alınmasının qiymətləndirilməsi layihəsi çərçivəsində intiharların qarşısının alınması ilə bağlı açılış konfransı keçirilib. 370 nümayəndənin qatıldığı konfransda qitənin yerli əhalisi - aborigenlər arasında intihar hallarının yüksək həddə olmasına görə müzakirələr aparılıb.
İntiharların qarşısının alınması üzrə araşdırmaçı, İnsan Haqları və Sosial Ədalət İnstitutunun mütəxəssisi Gerry Georgatos qeyd edib ki, aborigenlərin ölüm hallarının 10 faizi intiharlar nəticəsində baş verir. 14 yaşdan aşağı aborigen uşaqlar isə, demək olar ki, aborigen olmayan yaşıdlarından 9 dəfədən də artıq intihar edirlər. Aborigenlər arasında intihar hallarının başqa bu cür səbəbləri və göstəriciləri də konfransda açıqlanıb.
Layihənin həmsədri olan prof. Tom Calma isə bildirib ki, hökumətlər icmalara ən yaxşı fəaliyyət yolunu müəyyənləşdirməyə şərait yaratmalıdır: “Olduqca çox intihar halları baş verən aborigen icmalarında kütləvi intihar halları ilə bağlı faktlar var. Bu hallar bizim icmalarda qara ləkədir, amma biz bunun qarşısını almağa ünvanlanmış heç bir dəstək görmürük. Əgər biz bu baxımdan maliyyələşsəydik və hökumətdən yerli adamlara diqqət olsaydı, rahat olardıq və bu barədə vəziyyət dəyişərdi”.
Qeyd edilir ki, yerli insanların intihar hallarının qarşısının alınması ilə bağlı ekspertlər nədən başlamaq lazım olduğunu bilirlər: “Onlar maliyyə mənbəyinin Kanberradan desentrallaşmasını təklif edirlər və deyirlər ki, bununla icmalar özlərini ayaqda saxlaya biləcəklər və problem aradan qalxacaq. Amma bunu demək yerinə yetirməkdən daha asandır”.
Avstraliyanın aborigenlərlə iş üzrə naziri Nigel Scullion isə iddia edib ki, hər il aborigenlərin sosial və emosional rifahına 40 milyon dollar sərf olunub. Bundan başqa, o da iddia edilib ki, hər il 70 milyon dollar aborigenlərin alkoqol və narkotikdən müalicə xidmətlərinə sərf edilir. Nazirin dediyinə görə, 85 milyon dollar isə aborigenlərin ruhi sağlamlığına xərclənib.
Avstraliyanın yerli əhalisinin intihar halları ilə bağlı daha başqa bir fakt. 15-35 yaşlı aborigenlər arasında intihar əsas ölüm səbəbi sayılır. Rəyləri soruşulan aborigenlər isə bu acıları dəhşətli şəkildə və zərərçəkən, intihara cəhd edən, ya da şahid ifadələri ilə təsvir edirlər: “Bizim çoxumuz bilirik ki, cəhənnəmdə yaşayırıq. Biz bu cəhənnəmdən dünyaya və ölkəmizə baxırıq və deyirik ki, biz öz ölkəmizdən, kim olduğumuzdan həzz ala bilərdik”.
Griffith Universitetindən dr. Marcus Woolombi bildirir ki, aborigenlərin çoxu öz ölkələrində özlərini görünməz hiss edirlər: “Siz indi bu konfransa gəlmisiniz, üzə çıxarmısınız ki, burada zədə artıq bir normallığa çevrilib və adiləşib”.
“Guardian Australia’s”ın yerlilərin işləri üzrə redaktoru Stan Grant isə bildirib ki, qitənin yerli xalqı sosial-siyasi, iqtisadi və coğrafi baxımdan təcrid olunub: “Biz kədərlər içində doğulmuşuq. Bu, bizə irsən keçib. Biz daim insanları gömürük, acıya qəhr oluruq və yasdayıq. Biz özümüzün mülkiyyətdən məhrumluğumuzu, zərər çəkməyimizi və qurban getməyimizi düşünməyə nifrət etməliyik. Çünki biz çox asanlıqla qurbanlıq simvoluna çevrilməyi bacarırıq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info